UEFA-dan “Xəzər Lənkəran”a daha 120 min avro

18:57 | 27.12.2016
UEFA-dan “Xəzər Lənkəran”a daha 120 min avro

UEFA-dan “Xəzər Lənkəran”a daha 120 min avro

Üzvləri milli komandaların heyətində çıxış edən klublara ödənilməsi üçün UEFA tərəfindən ayrılmış vəsaitlə bağlı AFFA tərəfindən UEFA-ya sorğu göndərilib və "Xəzər Lənkəran” klubunun ödənişi ilə əlaqədar UEFA-nın tövsiyəsinə ehtiyac duyulduğu bildirilib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, UEFA sorğunu cavablandırıb və "Avro-2016”nın seçmə mərhələsində "Xəzər Lənkəran” klubuna məxsus futbolçuların milli komanda heyətində çıxışına görə UEFA tərəfindən ayrılmış 120,583.68 avro vəsait UEFA-nın tövsiyəsinə əsasən müvafiq qaydada AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Eyni zamanda, "Xəzər Lənkəran” klubu AFFA və PFL-ə olan borcunu ödəyəcək.

Xatırladaq ki, bundan əvvəl UEFA uşaq futboluna görə "Xəzər Lənkəran"a 51 min 104 avro vəsait ayırıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb