Ukrayna Baş Prokurorluğu: Kiyevdə 50-dən çox adam oğurlanıb

14:57 | 22.01.2014
Ukrayna Baş Prokurorluğu: Kiyevdə 50-dən çox adam oğurlanıb

Ukrayna Baş Prokurorluğu: Kiyevdə 50-dən çox adam oğurlanıb

Ötən gecə Kiyevdə 50-dən çox adam oğurlanıb.APA – nın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğunun rəsmi saytında yerləşdirilən məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, gecə saatlarında şəhərin küçələrində naməlum şəxslər kütləvi talanlar ediblər, qapı və pəncərələri sındıraraq insanları oğurlayıblar. “Şahidlərin sözlərinə görə, oğurlanan adamları döyürdülər, sonra naməlum istiqamətdə aparırdılar. Bəziləri indi Həmkarlar İttifaqının binasındadır, digərlərinin harada olduğu məlum deyil. Şəhərdə gərginliyin artması üçün ekstremist qruplaşmalarının üzvləri paytaxt küçələrində vətəndaşlara xəsarətlər yetirirlər, avtomobilləri yandırırlar”, - deyə məlumatda vurğulanır. Həmçinin anonim zəngdən sonra səhər saatlarında Milli Elmlər Akademiyasının kitabxanasında kişi meyitinin aşkarlandığı məlum olub. O, başından və sinəsindən güllə yarası alıb. Kitabxanada güllə yaraları daha nəfər huşsuz vəziyyətə tapılıb. Sonradan o ölüb. Hazırda hüquq-mühafizə orqanları sözügedən ölüm faktlarını araşdırır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb