Ukraynadan Azərbaycana getmək istəyənlər müraciət edə bilər - SƏFİRDƏN AÇIQLAMA

14:51 | 24.02.2022
Ukraynadan Azərbaycana getmək istəyənlər müraciət edə bilər - SƏFİRDƏN AÇIQLAMA

Ukraynadan Azərbaycana getmək istəyənlər müraciət edə bilər - SƏFİRDƏN AÇIQLAMA

Ukraynadan Azərbaycana getmək istəyənlər müraciət edə bilər, Bunu "Report”a açıqlamasında Azərbaycanın Ukraynada səfiri Elmira Axundova bildirib.
 
Səfir deyib ki, vəziyyət tam nəzarət altındadır.

"Azərbaycanın konsulluğu tam gücü ilə işləyir, Azərbaycana getmək istəyən hər kəs, pasportunun vaxtı keçmiş və ya pasportu ilə bağlı digər problemi olanlar belə müraciət edə bilərlər. Hazırda Ukraynadakı azərbaycanlılar üçün ən təhlükəsiz şərait öz qaldığı evdən çıxmamaqdır. Çünki bütün yollar bağlanılıb, ölkədən çıxış mümkün deyil. Ölkədə vəziyyət təhlükəlidir. Bizim özümüzün də, yəni diplomatların təxliyəsi hələlik həyata keçirilmir. Əgər təxliyə mümkün olarsa, 3-4 diplomat qalıb işləyəcək, qalan diplomatların ailələri hansı ki, onlar, təqribən, 40 nəfərdir, Ukraynadan çıxarılması yollarını arayırıq. Eyni zamanda, hazırda Azərbaycandan Xarkovda kurs keçən 17 fövqəlada hallar əməkdaşı ilə yanaşı, Ukraynadakı Azərbaycan vətəndaşlarının da təxliyəsini mümkün olan kimi edəcəyik. Amma hələlik bu barədə düşünürük. Çünki hələ məlum deyil, onları hansı yolla ölkədən çıxara bilərik”, - deyə o bildirib.


Axundova səfirliyin 00380735050000 nömrəli qaynar xəttinin işlədiyini xatırladaraq ölkədəki Azərbaycan vətəndaşlarına istənilən aidiyyəti məlumat ilə bağlı müraciət edəcəyini söyləyib.

Səfir eyni zamanda, vətəndaşlara Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün səhər yaydığı müraciətlə tanış olmağa çağırıb.

Bu gün səhər saatlarından Kiyev də daxil olmaqla Ukraynanın Xarkov, Mariopol, Odessa, İvano-Frankovsk vilayətlərində silsilə partlayışlar baş verir. Donbasda isə şiddətli döyüşlər gedir.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM