Ukraynalı baş məşqçi "Neftçi"ni təriflədi

15:10 | 25.01.2014
Ukraynalı baş məşqçi "Neftçi"ni təriflədi

Ukraynalı baş məşqçi "Neftçi"ni təriflədi

Oleq Taran: "Neftçi” çox xoşuma gəldi. Rəqib çox güclü komandadır"

Ukraynanın “Metallurq” (Zaporojye) klubunun baş məşqçisi Oleq Taran “Neftçi” klubu ilə baş tutan yoxlama oyunundan sonra fikirlərini bildirib. 

ANS PRESS "Neftçi" futbol klubunun rəsmi saytına istinadən bildirir ki, baş məşqçi Bakı təmsilçisini tərifləyib. 

“Neftçi” çox xoşuma gəldi. Rəqib çox güclü komandadır. Hiss olunur ki, əbəs yerə son üç ilin çempionu deyillər. “Neftçi” kompakt futbol oynayır. Rəqibdən xüsusilə Flavinyo, Araz Abdullayev, Bruno Bertuççi və Karlos Kardosonu fərqləndirərdim. Bu gün həm onlar, həm də biz qələbə qazana bilərdik. Bu bizim hazırlıq dönəmində ikinci oyunumuz idi. Səhvlərimizi aradan qaldırmağa çalışacağıq”, - deyə Oleq Taran bildirib. 

Xatırladaq ki, “Neftçi” təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Ukraynanın “Metallurq” klubu ilə baş tutan qarşılaşma 0:0 hesabı ilə nəticələnib.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb