Ukraynanın “Eurovision 2014” təmsilçisi Azərbaycana gəlir - FOTOLAR

21:46 | 24.04.2014
Ukraynanın “Eurovision 2014” təmsilçisi Azərbaycana gəlir - FOTOLAR

Ukraynanın “Eurovision 2014” təmsilçisi Azərbaycana gəlir - FOTOLAR

Ukraynanı “Eurovision 2014” mahnı müsabiqəsində təmsil edəcək Mariya Yaremçuk yaxın zamanlarda Azərbaycana səfər edəcək.APA-nın xəbərinə görə, bu haqda müğənninin rəsmi səhifəsində yer alan məlumatda bildirilir. “Mən Azərbaycan haqqında çox eşitmişəm. Bakıda olmaq çoxdankı arzumdur. İnana bilmirəm ki, tezliklə Odlar Yurdunda olacağam. Həmişə “Eurovision” mahnı yarışmasında Azərbaycan təmsilçilərinin çıxışlarını böyük maraqla izləmişəm. Bu il isə Dilarə Kazımovanın lirik “Start a Fire” mahnısı ürəyimcə olub. Ümid edirəm ki, Azərbaycanda məni unudulmaz məcaralar gözləyir”, - deyə M.Yaremçuk vurğulayıb. Qeyd edək ki, M.Yaremçuk mayın 6-da Kopenhagendə “Eurovision 2014” mahnı müsabiqəsinin birinci yarımfinalında “Tick Tock” mahnısı ilə çıxış edəcək. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb