Uşaq hüquqlarının müdafiəsi üzrə layihə təqdim olundu - ANN.TV

11:10 | 22.01.2015
Uşaq hüquqlarının müdafiəsi üzrə layihə təqdim olundu - ANN.TV

Uşaq hüquqlarının müdafiəsi üzrə layihə təqdim olundu - ANN.TV

Bakıda "Yuvenal ədliyyə" ("yuvenal" - "juvenālis" - latın sözü olub "gənc" deməkdir - red.) layihəsinin təqdimatı keçirildi. Təqdimatın təşkilatçıları Azərbaycan hökuməti və UNİSEF-in Azərbaycan ofisi olub. Layihə təşkilatçıları arasında Avropa İttifaqı və Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili də var.

Uşaq hüquqlarının qorunmasının monitorinqini təşkil etmək, adekvat hüquqi yardım göstərmək, cinayət hadisələri zamanı azyaşlılarla bağlı xəbərdarlıq prinsipinə əməl olunması, yetkinlik yaşına çatmayan uşaqlara qarşı zorakılığın qarşısının alınması və digər məsələlər layihənin məqsədlərinə daxildir. Layihə 10 rayonda həyata keçiriləcək və 3000-dən çox uşaq və yeniyetməni əhatə edəcək.
 
Yuvenal ədliyyə yetkinlik yaşına çatmayanların işləri üzrə ədalət mühakiməsini həyata keçirən müəssisə və təşkilatların hüquqi əsası hesab olunur. Hökumət Azərbaycanın 2020-ci ilə qədər uşaq hüquqlarına riayət olunması sahəsində nümunəvi ölkəyə çevirməyi planlaşdırır.
 
ANN.TV əməkdaşları layihənin təqdimetmə mərasimində olub və reportaj hazırlayıblar. Həmin süjetə baxa bilərsiniz:
 
Çinarə Quliyeva
VİDEO: Rasim Əliyev
 
ANN.Az
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb