SORĞU: İdmançılarımız niyə İŞİD-ə qoşulur? - ANN TV

13:09 | 09.12.2014
SORĞU: İdmançılarımız niyə İŞİD-ə qoşulur? - ANN TV

SORĞU: İdmançılarımız niyə İŞİD-ə qoşulur? - ANN TV

Video sorğu: "Azərbaycan həvəskar çempionları terror qruplaşmalarının tərkibində vuruşmağa məhkum ediliblər"
 
«İslam Dövləti» (əvvəl «İraq Şam İslam Dövləti» - İŞİD ) — İraq və Suriya ərazisində fəaliyyət göstərən terror təşkilatıdır. 2006-cı ildə İraqda "Əl-Qaidə"nin yerli bölməsinin başçılığı ilə on bir radikal islam qruplaşmasının birləşməsi nəticəsində yaradılıb.

Təşkilat ABŞ-ın bir nömrəli düşməni mövqeyindən "Əl-Qaidə”ni sıxışdırıb çıxarmağı bacardı və onun səhvlərini nəzərə aldı. Suriyada və İraqda təşkilatın tərkibində dünyanın 80 ölkəsindən gələn könüllülər birləşib. Həmçinin, Fransa, ABŞ, Kanada, Mərakeş, Almaniya, Rusiya Federasiyası kimi böyük dövlətlərin adları da bu siyahıda var.

Hazırda İraq və Suriya şəhərlərinin əksəriyyəti İslam Dövlətinin nəzarətindədir. Bəzi ekspertlərin fikrincə, "İslam Dövləti" təhlükəsi Azərbaycanı da təhdid edə bilər. ANN.Az əməkdaşları paytaxt sakinləri arasında İŞİD-lə bağlı sorğu təşkil edib. Respodentlərdən bu təşkilata necə yanaşmaları, bizim ölkəmizə İslam Dövlətinin müdaxiləsi təhlükəsinin mövcud olub-olmaması və eyni zamanda bizim idmançılarımızın radikal qruplaşmalara meyl göstərmələrinin səbəbi soruşulub.
 
Müəllif: Fəridə Alıyeva
Video operator: Aynur Məmmədova
 
ANN.Az
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb