““Uşaq pulu” xalqın tələbidir” - Vahid Əhmədov

13:59 | 25.11.2019
““Uşaq pulu” xalqın tələbidir” - Vahid Əhmədov

““Uşaq pulu” xalqın tələbidir” - Vahid Əhmədov

"Təəssüflər olsun ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsini təsdiq edirik, amma icrasından xəbərimiz yoxdur. Hesab edirəm ki, DSMF-də kifayət qədər böyük məbləğdən, 5 milyard manatdan söhbət gedir ki, bunun icrası ilə bağlı da Milli Məclisə hesabat verilməlidir”. 

Cebhe.info xəbər verir ki, bunu deputat Vahid Əhmədov "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. V.Əhmədov bildirib ki, son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ciddi islahatlar aparırır və DOST Mərkəzləri yaradıb: 
"Başa düşmürəm, əgər idarəetmə elektronlaşdırılırsa, elektron idarəetmə sistemi tətbiq olunursa, əlavə mərkəzlərin yaradılmasına nə ehtiyac var? Düşünürəm ki, bu məsələyə də baxılmalıdır və büdcə üçün əlavə yüklər ləğv edilməlidir”.

Deputat vurğulayıb ki, "uşaq pulu” məsələsinə birbaşa "yox” deyilməsi doğru deyil: 
"Bu məsələ ilə bağlı da nazirlik təkliflərlə çıxış etməlidir. "Pulumuz yoxdur, "uşaq pulu” verə bilmərik” demək doğru deyil. "Uşaq pulu”nun verilməsi xalqın tələbidir və bu istiqamətdə addım atılmalıdır”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti