Uşaqların Beynəlxalq müdafiəsi günü “CinemaPlus”dan xüsusi aksiya

09:24 | 31.05.2016
Uşaqların Beynəlxalq müdafiəsi günü “CinemaPlus”dan xüsusi aksiya

Uşaqların Beynəlxalq müdafiəsi günü “CinemaPlus”dan xüsusi aksiya

Hər il yayın ilk günü möhtəşəm hadisə baş verir – Uşaqların müdafiəsi günü!  
 
Bu bayram hər kəsə, uşaqlarımızı qarşılıqsız sevməyi və onları xoşbəxt etməyin əhəmiyyətini və vacibliyini xatırladır. Bu cür sevincli gündə premium kinoteatrlar şəbəkəsi "CinemaPlus”da aksiya keçiriləcək – bütün cizgi filmləri 3 manata nümayiş olunacaq.     

Həmçinin "CinemaPlus” kinoteatrlar şəbəkəsi aztəminatlı ailələrdən və uşaq evlərindən olan uşaqlar üçün xeyriyyə aksiyası təşkil edəcək. Xeyriyyə aksiya çərçivəsində uşaqlar üçün film nümayiş olunacaq, şarlar, sürprizlər və furşet təşkil olunacaq.  

 "CinemaPlus” bundan sonra da öz xeyirxah ənənəsinə sadiq qalacaq, uşaqlara sevinc bəxş etmək üçün bu cür müxtəlif aksiyalar təşkil edəcək.  
Qeyd etmək istəyirik ki, Gəncədə, Azərbaycanın ikinci ən böyük şəhərində "CinemaPlus” kinoteatrının açılışı keçirilib, hansı ki, Nizami 8 ünvanında, "Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir. 

 "CinemaPlus” 28 Mall,  Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir. 

Dolğun məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni "CinemaPlus” mobil əlavəsini yükləyin. 


 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb