Uşaqların ən çox qətlə yetirildiyi ölkələr - SİYAHI

13:27 | 05.09.2014
Uşaqların ən çox qətlə yetirildiyi ölkələr - SİYAHI

Uşaqların ən çox qətlə yetirildiyi ölkələr - SİYAHI

ABŞ uşaq cinayətlərinin sayına Qərb ölkələri arasında birinci yerdədir.

ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, BMT-nin Uşaq Fondunun (UNICEF) hesabatına görə, uşaqlara qarşı törədilən cinayətlərə görə, ABŞ Qərbi Avropa və Şimali Amerikada ölkələri arasında birinci yerdədir.

 Hesabata görə, 2012-ci ildə Amerika Birləşmiş Ştatları 3 mindən çox uşaq və yeniyetmə həyatını itirib. Beləliklə, hər ölən 100 nəfərdən dördü uşaqdır. 

UNİCEF-in məlumatlarına görə, 2012-ci ildə dünyada 95 min uşaq və yeniyetmə həlak olub.Fond 190 ölkədən toplanmış məlumatları yayıb. 

BMT-nin məlumatlarında uşaq qətllərinin sayına görə, Panama, Venesuela, Salvador, Trinidad və Tobaqo, Braziliya, Qvatamela, Kolumbiya və Nigeriya ön sıralarda yer alır. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb