Vahid Əziz: “Yazıçılar Birliyinin qurultayından heç nə gözləmirəm”

11:11 | 11.06.2014
Vahid Əziz: “Yazıçılar Birliyinin qurultayından heç nə gözləmirəm”

Vahid Əziz: “Yazıçılar Birliyinin qurultayından heç nə gözləmirəm”

“Hələ dəvətnamə verməyiblər. Amma 40 ildir ki, oranın üzvüyəm. Keçən qurultayda təsdiq olunan 9 nəfərlik İdarə Heyətində mən də varam. Ola bilməz ki, iştirak etməyim. Gözləntilərimə qalanda isə qabaq nə gözləmişəm ki, indi nə nə gözləyək!?”.
Bunu Modern.az-a açıqlamasında şair Vahid Əziz Yazıçılar Birliyinin qarşıdakı qurultayı haqda danışarkən deyib.bildirib.
Qeyd edək ki, uzun müddətdir AYB-yə getməyən Vahid Əziz qurultay haqqında o qədər  də nikbin danışmır. Onun sözlərinə görə, Yazıçılar Birliyi sovet vaxtında daha cəlbedici bir təşkilat idi: 
“Dövr dəyişdi. Yazıçılar Birliyi sovet vaxtı tam başqa idi, indi tam başqadır. Burada heç kəsin, nə sədrin, nə katibliyin, nə də o birilərin günahı var. Sadəcə zaman və maraqlar dəyişdi deyə, AYB-yə münasibət də dəyişdi. Fəallıq artır, “Natəvan” klubunda tez-tez təqdimatlar olur, amma birliyin sovet dövründə olduğu qədər nüfuzu qalmayıb”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb