Valyuta hərracına 150 milyon dollar çıxarılacaq

11:55 | 27.09.2016
Valyuta hərracına 150 milyon dollar çıxarılacaq

Valyuta hərracına 150 milyon dollar çıxarılacaq

Bu gün Azərbaycanda növbəti valyuta hərracı keçiriləcək. 

Bank dairələrindən "Report”a verilən məlumata görə, hərraca Dövlət Neft Fondu (SOFAZ) 100 milyon dollar, Azərbaycan Mərkəzi Bankı (AMB) isə 50 milyon dollar vəsait çıxaracaq. 

"Report”un analitik qrupu sentyabrın 28-nə AMB-nin rəsmi AZN/USD məzənnəsinin 1,6253 olacağını proqnozlaşdırır.

Xatırladaq ki, ötən gün jurnalistlərə açıqlamasında AMB sədri Elman Rüstəmov bundan sonra da hərraclarda kifayət qədər vəsait təklif ediləcəyini və əsassız devalvasiya şayiələrinə yol verilməyəcəyini bildirib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb