Van Persi Şotlandiya yolunda

21:45 | 28.07.2016
Van Persi Şotlandiya yolunda

Van Persi Şotlandiya yolunda

"Fənərbaxça"nın hücumçusu Robin van Persi yeni mövsümdən Şotlandiya çempionatında oynaya bilər. 

Qol.az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçu "Qlazqo Reyncers"in maraq dairəsinə düşüb. 

İstanbul təmsilçisinin rəhbərliyi ilə görüşən 32 yaşlı futbolçu artıq "Fənərbaxça"dan ayrılmağı ilə bağlı razılığa gəlib. Van Persi Şotlandiya klubu ilə anlaşsa, yeni mövsümdən "Qlazqo Reyncers"in şərəfini qoruyacaq. 

Qeyd edək ki, ötən mövsüm "Fənərbaxça"nın heyətində 48 oyun keçirən van Persi 22 qol vurub .

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb