Vaqif Mustafazədəyə həsr edilmiş konsert keçirilib

13:00 | 16.03.2014
Vaqif Mustafazədəyə həsr edilmiş konsert keçirilib

Vaqif Mustafazədəyə həsr edilmiş konsert keçirilib

V.Mustafazadənin anadan olmasının 69-cu ildönümü münasibətilə Moskvada konsert keçirilib.

Azerbaycanın Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondu tərəfindən Moskvanın məhşur İqor Butman adına caz klubunda təşkil edilən konsert proqramında Vaqif Mustafazadəni yaxından tanıyan caz ustaları və eləcə də hər iki ölkənin tanınmış ictimaiyyət təmsilçiləri iştirak edirdi. Elçin Şirinov, Eteri Beriaşvili, Arzu Hüseynov, Mixail Okun, Vaqif Sadıxov, Həsən Bəşirov kimi rus və azərbaycanlı musiqiçilərin ifasıyla baş tutan konsert proqramında Vaqif Mustafazədənin əsərləri səsləndirildi.

Rusiya Bəstəkarlar İttifaqı Caz komissiyasının sədri, Anatoliy Krol: “Bugün Rusiya, Azərbaycan və eləcə də Sovet cazı üçün əlamətdar bir gündür. Böyük musiqiçi Vaqif Mustafazadəni xatırlayırıq. Onun əsərləri on illərcə irəliyə dönük hazırlanıb. Azərbaycan cazı Vaqif Mustafazadəyə indiyədək var olduğu üçün, bugün var olduğu üçün və bundan sonra da var olacağı üçün həmişə minnətdar olmalıdır” 

Tədbirdə iştirak edən qonaqlar da Vaqif Mustafazadənin əsərlərinə heyranlıqlarını gizlədə bilmədilər. 

Telejurnalist, aparıcı, Yelana Xanda: “Bugün çox böyük məmnuniyətlə dahi Azərbaycan musiqiçisi Vaqif Mustafazadənin caz əsərlərini dinlədik. Belə bir tədbirdə iştirak etmək mənim üçün böyük bir şərəfdir. Vaqif Mustafazadəni həm də bugün bütün dünyada məhşur olan milli musiqi ilə klasik cazı birləşdirə bildiyi üçün sevirəm” 

Azərbaycan cazının banisi Vaqif Mustafazədənin 70-inci yubileyi də gələn Moskvada böyük təntənəylə qeyd ediləcək.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb