Venesiya festivalının qalibləri bəlli oldu

12:24 | 08.09.2014
Venesiya festivalının qalibləri bəlli oldu

Venesiya festivalının qalibləri bəlli oldu

71-ci  Beynəlxalq Venesiya Film Festivalı başa çatıb.

 

Kulis.az-ın festivalın rəsmi saytına istinadən verdiyi xəbərə görə, baş mükafat olan “Qızıl şir”i Roy Andersonun “Göyərçin budağa qonub həyat haqda düşünürdü” filmi qazanıb. Əhəmiyyətinə görə ikinci dərəcəli mükafat olan  “Gümüş ayı”nı ən yaxşı rejissor işinə görə, Andrey Konçalovski  “Poçtalyon Aleksey Tryapitsinin bəyaz gecələri” filmi ilə alıb.

 

Əsas müsabiqənin jürinin xüsusi mükafatını isə( Grand Jury Prize) Coşua Oppenxaymerin “Sükutun baxışı” filmi qazanıb.

 

Ən yaxşı kişi roluna görə Volpi kuboku Salverio Kastazonun “Ac ürəklər” filmindəki roluna görə Alam Drayverə təqdim olunub.

 

Ən yaxşı ssenariyə görə, Raxşan Bani Etemad və Fərid Mostafavi “Nağıl” filminə görə mükafatlandırılıb.

 

“Horrizontlar” müsabiqəsinin qalibi isə “Məryəm” filmi olub.

 

“Horrizontlar”ın ən yaxşı rejissor işinə görə xüsusi mükafatını Naji Abu Navar “Teb” vesterninə görə qazanıb.

 

Luici De Laurentis adına mükafatla ən yaxşı debütə görə, Çaitan Tamxanın “Court” filmi  təltif olunub.

 

“Venesiya klassikası” bölməsində Ettopre Skolanın 1977-ci ildə çəkilmiş “Qeyri-adi gün” qalib olub.

 

Dünya kino sənətinə verdiyi töhfələrə görə isə “Qızıl şir”lə montajçı Telma Şunmeyker və rejissor Frederik Uayzmen mükafatlandırılıb.

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM