"Vətəndaşlar onlara verilən imtiyazlardan sui- istifadə edirlər" - Komitə sədri

16:15 | 21.09.2016

"Vətəndaşlar onlara verilən imtiyazlardan sui- istifadə edirlər" - Komitə sədri

"Vətəndaşlar onlara verilən imtiyazlardan sui- istifadə edirlər" 

ANN.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Aydın Əliyev sözlərinə görə, bir müddət öncə bizdə vətəndaşların şəxsi istifadəsi üçün gömrükdən 3 blok siqaret 3 litr araq keçirilməsinə icazə verilmişdi: 

"Ancaq buna baxmayaraq bəzi iş adamları və ya vətəndaşlar, xüsusilə sərhədyanı bölgələrində yaşayanlar, onlara qanunla verilən imtiyazlardan sui-istifadə edir. Nəticədə onlar bir sıra məhsulları şəxsi istehlak üçün gətirdiyini bəyan etsə də, sonradan o məhsulları satışa çıxarır. Bəli, daha çox problemlər siqaretlərlə bağlıdır. Lakin artıq normativ-hüquqi baza ayda yalnız 1 dəfə 3 blok siqaretin gətirilməsinə imkan verir. Təəssüflə qeyd etməliyəm ki, bundan da sui-istifadə edənlər var. Son zamanlar elə bir gün yoxdur ki, gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda siqaret keçirilməsinin qarşını almasın. Siqaret qaçaqmalçılıq faktlarına daha çox Gürcüstan, İran, Rusiya istiqamətində rast gəlinir".

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb