Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib

20:00 | 28.01.2023
Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçiriləcəyi vaxt dəqiqləşib.

Qadın voleybolçuların Yüksək Liqasında II dövrəyə yanvarın 30-da start veriləcək. Həmin gün IV turda "Murov” - "Azərreyl” və UNEC - "Abşeron” matçları baş tutacaq. Görüşlər müvafiq olaraq saat 16:00 və 18:00-da başlayacaq.

Yanvarın 31-də isə kişi voleybolçuların Yüksək Liqasında II turdan təxirə salınmış "Neftçi” - "Xarı bülbül” oyunu keçiriləcək. Bu qarşılaşma saat 16:00-da start götürəcək.

Oyunlar Voleybol Mərkəzində təşkil olunacaq. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb