• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan əhalisi 2 milyondan aşağı düşəcək

Ermənistan əhalisi 2 milyondan aşağı düşəcək
07.09.2015 19:41
2100-ci ildə Ermənistanda 1,8 milyon adam yaşayacaq.

Bunu BMT-nin Əhali Fondunun erməni ofisinin təmsilçisi Qarik Ayrapetyan deyib.

BMT-nin hesabatındakı bu ürəkaçmayan proqnozun əsas səbəbi emiqrasiya və doğumun aşağı düşməsidir.

"Sadəcə, biz situasiyanın ciddiliyini anlamalı və problemin effektiv həllini tapmağa çalışmalıyıq ki, bu tendensiyanı dəyişək”, - BMT eksperti deyib.

Hazırda hökumətdə demoqrafik siyasətlə bağlı üçillik plan müzakirə olunur. Ancaq mütəxəssislər qeyd edirlər ki, belə rəsmi sənədlər çox yavaş icra edilir, qarşıya qoyulmuş məqsədlər heç də həmişə dəqiq olmur.

Məsələn, aparılan təhqiqatlar göstərir ki, ailələrin gəlirinin aşağı olması doğuma meyli azaldır, o cümlədən, uşaq bağçaları və işsizliklə bağlı problem də öz həllini tapmalıdır.

"Gərək ailədə iki nəfər işləyə”

"Çünki biz indi elə zəmanədə yaşayırıq ki, ailəni yalnız bir nəfər dolandıra bilməz, ikinci işləyən də olmalıdır. Yalnız bu zaman uşaq ailənin rifahı üçün əngəl ola bilməz", - Ayrapetyan deyir.

Demoqraf Ruben Eqanyan əmindir ki, yalnız siyasi-sosial-iqtisadi inkişaf vəziyyəti dəyişər və pessimist proqnozları yumşaldar. Ekspert qeyd edir ki, vətəndaşların ölkənin gələcəyi ilə bağlı ümidləri olmalıdır, hiss eləmədirlər ki, ölkədə ədalət var: "Bu günkü araşdırmalar göstərir ki, onlar iki-üç uşaq istəyirlər, amma reallıq onları bu istəyə çatmağa qoymur”, - o deyir.

Ruben Eqanyanin fikrincə, Ermənistanda doğum həddinin aşağı düşməsində əsas səbəblərdən biri emiqrasiyadı. Eqenyan əmindir ki, emiqrasiyanı da iş yerlərinin olmaması, az əmək haqqı stimullaşdırır.

Kənarda uğur qazanmaq imkanı

Təhqiqatlar göstərir ki, Ermənistanı tərk edənlər başqa ölkələrdə uğur qazanırlar, vətəndə isə onların çox az hissəsi öz biznesini imkişaf etdirə bilərdi.

"Bu gün iqtisadi monopoliya xırda və orta sahibkar üçün əlverişli deyil, onlarsa aktiv adamlardılar və ölkədə qalıblar, nə isə qurublar, iki-üç adam üçün iş yeri yaradıblar. Bu gün həmin aktiv kütlə də ölkəni tərk etməyə başlayıb. Əgər iqtisadi sferada bir dəyişiklik olmasa, nəsə gözləmək çətindir”, - ekspert deyir.

Dünyada da əhali sayı azalacaq

BMT-nin proqnozuna görə, uzaq perspektivdə dünyada əhalinin sayı azalacaq. Məsələn, 2100-ci ildə Azərbaycanda 9,5 milyon, İranda 63-64 milyon, Türkiyədə 87 milyon, Gürcüstanda 3,5 milyon adam yaşayacaq.

Faktiki, bu tutqun mənzərədə ən pis proqnoz Ermənistan üçündür...
 
(Azadliq.org)

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol