• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan Ermənistandan tranzit tədarükləri ilə bağlı danışıqlar aparır

Gürcüstan Ermənistandan tranzit tədarükləri ilə bağlı danışıqlar aparır
10.10.2015 15:43
Gürcüstanın rəsmi nümayəndələri Rusiyanın Qazprom şirkəti ilə Rusiyadan Ermənistana qazın nəqlinin artırılmasına dair danışıqlar aparır, bu barədə bu gün Gürcüstanın energetika naziri Kaxi Kaladze bəyan edib.

Oxu.Az bu barədə Gürcüstan KİV-nə istinadən xəbər verir.

"Brüsseldə görüş zamanı biz Ermənistana nəql edilən qazın həcminin artırılmasına dair məsələ qaldırdıq, çünki bizim üçün qaz kəmərinin maksimal şəkildə yüklənməsi və daha böyük həcmdə qaz almağımız vacibdir. Əgər kommersiya şirkətlərinin istək və imkanı olarsa onlar əlavə Rusiya qazı əldə edə bilərlər”, - o qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan qaz nəqli ilə əlaqədar İran ilə də danışıqlar aparır.

"Bizim üçün əsas təchizatçı Azərbaycandır, amma biz də digər inkişaf etmiş ölkələr kimi energetik mənbələrin diversifikasiyası haqqında düşünürük”, - K.Kaladze vurğulayıb.

Nazir həmçinin bildirib ki, Gürcüstan 2007-ci ildən Rusiya qazını almır, əsas təchizatçı Azərbaycandır. Amma Gürcüstan Ermənistana nəql edilən Rusiya qazının ümumi həcminin 10%-ni alır.

K.Kaladzenin Qazprom-un idarə heyətinin sədri Aleksey Miller ilə görüşü Brüsseldə sentyabrın sonunda baş tutub.

Tərəflər Rusiya təbii qazının Gürcüstana çatdırılması məsələsini, eləcə də onun üçüncü ölkəyə nəqli məsələsini müzakirə ediblər, bunu Qazprom-da vurğulayıblar.

Öz növbəmizdə əlavə edək ki, öz maraqlarını nəzərə alaraq rəsmi Bakı çətin ki, İran qazının tranzit ilə Gürcüstana çatdırılmasına razı olsun.  

Belə halda Kaxa Kaladze İran ilə qaz nəqlinə dair danışıqları xatırladaraq, Ermənistandan tranzit ilə qazın nəqlini nəzərdə tutub, belə ki, İran qazının Gürcüstana nəqlinin başqa yolu mövcud deyil.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol