• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Baş qərargahı İŞİD yaraqlılarının sayını açıqladı

Rusiya Baş qərargahı İŞİD yaraqlılarının sayını açıqladı
16.10.2015 17:38
Realistik dəyərləndirmələrə görə, "İslam Dövləti” (İŞİD) terror təşkilatının yaraqlılarının sayı 40-50 min nəfərdir.

Oxu.Az xəbər verir ki, bu barədə "Komsomolskaya pravda”-ya müsahibəsində Rusiya Baş qərargahının baş əməliyyat idarəsinin rəisi Andrey Kartapalov bildirib.

"Müxtəlif qiymətləndirmələrə görə, [yaraqlıların sayı] 30-80 min arasıdır. Ortalama bir rəqəm deyək, 40-50 min arası”, - Kartapalov bildirib.

O, qeyd edib ki, bu qruplaşmalar taktiki mənada əla hazırlanıblar və onları qiymətləndirməmək olmaz.

"Onların avtomatlı, uzun xəncərli və baş kəsməkdən başqa heç nə bəyənməyən adi quldur olduğunu təsəvvür etmək lazım deyil. Onlar döyüşməyi bacarırlar, müxtəlif üsulları təkmilləşdiriblər, İraq ordusuna qarşı, Suriya ordusuna qarşı döyüşlərdə təcrübə toplayıblar. Və bəzən bu üsulları çox uğurla tətbiq edirlər”, - Kartapalov bəyan edib.

Rusiya sentyabrın 30-dan islamçılara qarşı mübarizədə hökuməti dəstəkləyərək Suriyada hava əməliyyatları həyata keçirir. Avia-qrupun tərkibinə 50-dən çox təyyarə və helikopter, o cümlədən Su-24M, Su-30M, Su30-CM, Su-25 və Su-34 daxildir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol