• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı partiyanın neçə millət vəkili var?

Hansı partiyanın neçə millət vəkili var?
29.05.2020 04:14
Seçkinin rəsmi nəticələrini 11-12 gün sonra açıqlanacaq.

Ötən gün Türkiyədə keçirilən növbədən kənar parlament seçkisinin ilkin nəticələri açıqlandıqdan sonra hansı partiyanın Türkiyə Böyük Millət Məclisində (TBMM) neçə millət vəkili ilə təmsil olunacağı barədə ilkin proqnozlar irəli sürülüb. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, 49.5% səs toplayaraq seşkinin qalibi olan hakim Ədalət və İnkişaf Partiyası (AKP) TBMM-də 316 stula sahibdir. Onun ən yaxın rəqibi olan və 25.37% səslə anamüxalifətdəki mövqeyini qoruyan Cümhuriyyət Xalq Partiyası (CHP) parlamentdə 134 yerin sahibi olub. Bozqurdların siyasi təmsilçisi olan Milliyətçi Hərəkat Partiyası (MHP) bu seçkidə öz dəstəyini qismən itirib. Ötən seçkidə 80 yerə sahib olan MHP bu dəfə 11.93%-lə sadəcə 41 yer əldə edib. Separatçı kürdlərin siyasi təmsilçisi olan Xalqların Demokratiya Partiyası (HDP) da geriləyib. Seçicinin 10.69 faizinin dəstəyi ilə bariyeri kiçik bir fərqlə keçən HDP TBMM-də separatçıları 59 millət vəkili ilə təmsil edəcək. 



Bunlar təxmini rəqəmlərdir və Ali Seçki Qurumunun (YSK) sədri Sadi Güven rəsmi nəticələrin 10-11 gün sonra açıqlanacağını deyib:

"Qurumumuza daxil olan qeyri-dəqiq məlumatlara görə, 10%-lik seçki bariyerini Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyətçi Hərəkat Partiyası və Xalqların Demokratiya Partiyasıdır. Etiraz müddətlərini də nəzərə alaraq seçkinin rəsmi nəticələrini 11-12 gün sonra açıqlayacağıq.” – deyə YSK sədri bildirib. 

Ötən gün Türkiyədə növbədən kənar parlament seçkisi keçirilib. Qeyri-rəsmi nəticələrə görə, bu seçkinin qalibi 49.5% səs çoxluğu ilə AKP olub. AKP-nin xaricində daha 3 partiya da öz seçicisini Türkiyə Böyük Millət Məclisində təmsil edəcək. 

Türkiyədə iyunun 7-də parlament seçkisi keçirilmişdi. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olmuşdu. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olsa da ölkədə koalisiya hökuməti qurulması barədə başlayan müzakirələr nəticəsiz qalmışdı.

Bundan sonra ölkədə növbədən kənar parlament seçkisi keçirilməsinə qərar verilmişdi. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol