• $
  • €
  • ₽
  • ₺
  • £

Astronavt arzusunda olanlara NASA-dan təklif

Astronavt arzusunda olanlara NASA-dan təklif
09.11.2015 12:39
Siz də uşaqlıqda kosmonavt olmaq istəmisiniz?  Bəs əsl həyatda astronavt olmaq barədə düşünmüsünüzmü? Bəlkə də bu həmin o fürsətdir. Çünki NASA yeni astronavtları işə dəvət edir.  

"Amerika kosmos tədqiqatçılarının bu yeni nəsli ...bizə Marsda ayaq izlərimizi qoymağa kömək edəcək,” deyə NASA rəsmisi Charles Bolden qeyd edib.  

Əlbəttə ki, astronavt olmaq asan iş deyil. Bu, bütün yer üzündə (daha doğrusu Günəş sistemində) ən ağır, təhlükəli işlərdən biridir. "Armageddon” filmi sizə nə göstərir-göstərsin, bu iş hamı üçün deyil. Ciddi bacarıqlara malik olmalısınız, üstəlik kosmosda bir il qala biləcək qədər sağlam olduğunuzu sübut etməlisiniz.  

Uğur qazanmış namizədlər Beynəlxalq Kosmik Stansiyada 6 – 12  aylıq tapşırığa, yaxud hətta Ayın orbitində təcrübə aparmaq üçün NASA-nın Orion kosmik gəmisinə təyinat ala bilərlər.  

Astronavt olmaq fikri o qədər yüksək və əlçatmaz görünür ki, tələblərə cavab verə biləcək insanlar belə buna cəhd etmirlər. Geniş yayılmış düşüncəyə rağmən astronavt olmaq üçün siz oxumuş pilot, yaxud da hərbi sistemin aktiv üzvü olmalı deyilsiniz.  NASA astronavtlığına indiki namizədlər arasında müəllimdən tutmuş alimə qədər, həkimdən tutmuş mühəndisə qədər hər cür mütəxəssis var. Bu faktın özü bir daha astronavtların missiya zamanı yerinə yetirəcəkləri vəzifələrin nə qədər çoxşaxəli olduğunu göstərir.  

Namizədlər üçün tələblər…

Ancaq bununla yanaşı namizədlər bəzi tələblərə cavab verməlidirlər. Yalnız oxşar sahədə üç il peşəkar təcrübəsi olan, yaxud da kommersiya və ya hərbi hava gəmisində 1000 saatlıq uçuş təcrübəsi olan şəxslər astronavt olmaq üçün müraciət edə bilərlər.  

"Oxşar sahə” dedikdə müxtəlik sahələr nəzərdə tutulur. Belə ki, astronavtların 2009 və 2013-cü il buraxılışında okeanologiya, tibb, mühəndislik və əlbəttə ki, hərbi sahədən çıxmış mütəxəssislər olub.  

Namizədlərə qarşı sərt yaş məhdudiyyəti qoyulmayıb. Uğurlu namizədlərin orta yaşı 34 olsa da NASA bundan əvvəl 26 – 46 yaş arasında namizədləri qəbul edib.  

Astronavt olmaq imkanı azlıq edirsə, NASA üstəlik maaş da verir. Hazırda astronavtların aldıqları maaş ildə 66026 dollardna 144566 dollara qədər dəyişir.  (azadlıq.org)


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol