• $
  • €
  • ₽
  • ₺
  • £

Yuxudan əvvəl telefon və planşetdən uzaq durun

Yuxudan əvvəl telefon və planşetdən uzaq durun
19.11.2015 10:16
Parlaq göy ekranlı smartfon, planşet kompüter və elektron oxu qurğuları insanın bioloji saatını dayandırmaqla yanaşı, yuxunu təmin edən hormonların əmələ gəlməsinə mane olur. Bu qənaətə Kinqs kollecin və Surrey Universitetinin mütəxəssisləri gəliblər.

ANN.Az ictnews.az-a istinadən xəbər verir ki, yuxu sahəsində mütəxəssislər müasir planşet, smartfon və elektron kitab modellərinin insan orqanizminə təsirini tədqiq edərək bu qurğuların ekranlarından buraxılan mavi şüaların melatoninin - yuxu hormonunun yaranmasına mane olmasını müəyyən ediblər.

Tədqiqat müəllifi Pol Qrinqrasın sözlərinə görə, mavi və yaşıl spektr dalğaları melatonini digər spektr dalğalarından daha çox boğur ki, bu da insanı yuxuya getməli olduğu halda gümrah və diqqətcil edir. Həkimlərin fikrincə, qurğu istehsalçıları öz üzərilərinə öhdəlik götürərək bu ciddi problemi həll etməlidirlər. Belə ki, yatmazdan əvvəl planşet və ya elektron kitabdan istifadə gələcəkdə yuxu pozulmasına səbəb ola bilər. 

Tədqiqatçılar əmindirlər ki, qurğular axşam düşən zaman sarı və ya qırmızı rəngi şüalandırmalıdır. Onların məlumatına görə, hazırda axşamlar elektron qurğunun işığını azaldan yalnız ayrı-ayrı proqramlar mövcuddur.

Alimlər insan sağlamlığı üçün tam yuxunun əhəmiyyətini təsdiq edən yeni dəlillər aşkarlayırlar. Belə ki, Almaniya alimlərinin fikrincə, yaxşı yuxu immunitetə infeksiyaları yadda saxlamağa kömək edir. ABŞ tədqiqatçıları isə bir gecə yuxusuzluğu yarımillik pis qidalanmaya bərabər tutublar.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol