• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı siyasətçi Türkiyədə liderliyə iddialıdır

Azərbaycanlı siyasətçi Türkiyədə liderliyə iddialıdır
24.11.2015 11:45
"Elə bir MHP quracağıq ki, həm ənənəni görəcəksiniz, həm də gələcəyi görəcəksiniz."

Türkiyədə bu ilin avqust ayında mənsubu olduğu Milliyyətçi Hərəkat Partiyasından (MHP) çıxarılan və məhkəmə qərarı ilə üzvlüyü bərpa olunan Azərbaycan əslli siyasətçi Sinan Oğan bu partiyanın lideri olmağa iddialıdır. Bu barədə Sinan Oğan sosial şəbəkədəki səhifəsində yazıb. 

Ən geci 21 mart Novruz bayramı günü MHP-də qurultay keçirilməsini tələb edən Oğan "Twitter”dəki mesajlarını "#OAnGəlir” haştaqı ilə paylaşıb. 

"Ən geci 21 mart, Novruz bayramında, partiyamızı mənim sədrliyimlə yeni rəhbərliyə qovuşduracağıq. Elə bir MHP quracağıq ki, həm ənənəni görəcəksiniz, həm də gələcəyi görəcəksiniz. Bizim şüarımız: "Bu gün qurultay, sabah iqtidar”. Biz saraya, hakimiyyəti təhvil götürməyə gedəcəyik. Lider külək əsdirəcək ki, aşağıda fırtına qopsun. Bizim təşkilatımız ən çox fədakarlıq edən təşkilatdır. Mən bir yorğunluq görürəm, bir yorulmuşluq görürəm...” – deyə tanınmış siyasətçi sosial şəbəkə mesajında bildirib. 

Azərbaycan əslli siyasətçi Sinan Oğan 24-cü çağırış parlament seçkisində İqdır şəhərindən millət vəkili seçilmiş, partiya rəhbərliyinə qarşı kəskin çıxışları səbəbindən MHP intizam komissiyası onun partiyadan çıxarılmasına qərar vermişdi. Bundan sonra məhkəməyə müraciət edən Sinan Oğan MHP üzvlüyünü bərpa edib. 

Sinan Oğandan başqa MHP rəhbərliyini kəskin tənqid edən Meral Akşener də bu partiyanın sədri olmağa iddialıdır. Bəzi bozqurdlar arasında qadının lider ola bilməyəcəyinə dair fikirlər olsa da partiyanın daxili nizamnaməsində Akşenerin qurultayda sədrliyə namizəd olmasının qarşısını alacaq heç bir maneə yoxdur. Meral Akşener sosial şəbəkədə yazdığı mesajda, noyabrın 30-da keçirəcəyi mətbuat konfransında namizədliyi barədə yekun qərarını açıqlayacağını bildirib. 

MHP-nin hazırki sədri Dövlət Baxçalı isə mətbuata verdiyi açıqlamada qurultayın ən tez 2018-ci il martın 18-də olacaını deyib. (anspress)  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol