• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada azərbaycanlı polisi kətil ilə döydü

Rusiyada azərbaycanlı polisi kətil ilə döydü
29.05.2020 09:06
Voronejdə qeyri-qanuni yaşayan azərbaycanlı polisi dəmir kətil ilə döyüb.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, istintaqın məlumatına əsasən, 34 yaşlı azərbaycanlı Rusiyada qeyri-qanuni yaşadığına görə saxlanılıb.

O, 12 min rubl cərimə ödəməli və Azərbaycana geri dönməli idi. Deportasiya edilməsini isə müvəqqəti saxlama yerində gözləyib, otaqda kiçik şkaf, yataq və televizor, bir də dəmir kətil olub. 

Kişinin yanına qardaşı gəlib. İki "alovlu” qafqazlı "səs-küy” salıblar, mebeli sındırıblar. Müəssisənin işçiləri onları sakitləşdirmək üçün polis çağırıblar.

"Amma 34 yaşlı kişi polis gəldikdən sonra tamamən özündən çıxıb, kətili götürərək, asayiş keşikçisinin üzünə və bədəninə çırpmağa başlayıb. Amma polis onun əllərini tutub və saxlayıb”, - Rusiya İstintaq Komitəsinin Voronej vilayəti üzrə İstintaq İdarəsindən bildiriblər.

Kişiyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci bəndi "vəzifə borcunu yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat üçün təhlükəli olmayan zorakılıq tətbiq etmək” üzrə cinayət işi açılıb.

Polisə əl qaldıran azərbaycanlı daha öncə qarət və quldurluq üstündə mühakimə edilib.

Cinayət işi məhkəməyə təqdim olunub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol