• $
  • €
  • ₽
  • ₺
  • £

Moskva İŞİD-lə kürdlərin neftini “səhv” salıb

Moskva İŞİD-lə kürdlərin neftini “səhv” salıb
04.12.2015 13:08
İraq kürdləri Rusiya Müdafiə Nazirliyinin İslam Dövləti adlanan təşkilatın ayağına yazdığı neft avtosisternlərinin onalara aid olduğunu bildiriblər

İraq Kürdüstanının rəsmiləri Rusiya Müdafiə Nazirliyinin İslam Dövləti adlanan təşkilatın ayağına yazdığı neft avtosisternlərinin kürdlərə aid olduğunu bildiriblər.

Bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyi guya İŞİD neftinin Türkiyəyə danınmasını göstərən peyk fotoşəkillərini və xəritələrini nümayiş etdirmişdi.


İraq Kürdüstanı parlamentinin energetika komitəsinin rəhbəri Şerko Cavdat Anadolu agentliyinə deyib ki, bu avtosisternlər doğrudan da Türkiyəyə neft daşıyır, lakin kürd muxtariyyətinin rəhbərliyi bunu heç vaxt gizlətməyib.

Cavdat deyib ki, avtosisternlərin daşıdığı neftin İslam Dövləti adlandırılan təşkilata heç bir aidiyyəti yoxdur. O əlavə edib ki, kürd qüvvələri elə bu təşkilata qarşı döyüşürlər.

Rusiya Müdafiə Nazirliyinin iddialarını İraq Kürdüstanı prezidentinin mətbuat katibi də təkzib edib.

Moskva iddia edirdi ki, Suriyadan cihadçıların nəql etdiyi oğurluq neftin alış-verişi ilə prezident Erdoğanın ailəsi məşğul olur.

Neft olmağına neftdir, amma

Rusiya Müdafiə Nazirliyinin nümayiş etdirdiyi "dəlil” fotolarda həqiqətən də İraq Kürdüstanının ərazisi ilə Türkiyə istiqamətində gedən avtosistern karvanı görünür.

Ruslar iddia edirdilər ki, bu avtosisternlər İŞİD qruplaşmasına aiddir.

Türkiyə prezidenti Recep Tayyib Erdoğan Moskvanın irəli sürdüyü ittihamların doğrulacağı təqdirdə istefaya gedəcəyini vəd etmişdi.

Bunun ardınca, Türkiyə prezidenti İŞİD neftini satmaqda Rusiyanı və Assad hökumətini ittiham edib.

O deyib ki, İŞİD neftinin ən böyük müştərisi Assad hökumətidir və nefti Rusiya vətəndaşlığı olan biznesmen satır. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol