• $
  • €
  • ₽
  • ₺
  • £

Əhməd Davudoğlu: "Türkmənləri qətlə yetirmək İŞİD-ə xidmət etməkdir"

Əhməd Davudoğlu: "Türkmənləri qətlə yetirmək İŞİD-ə xidmət etməkdir"
04.12.2015 15:20
"Türkiyənin İŞİD-lə əlaqəsini 15 gün öncə niyə söyləmirdiniz?"

"Türk və rus xalqları arasında heç bir problem yoxdur və olmayacaq. Türklər və ruslar Avropa və Asiya tarixini birlikdə formalaşdırmış iki böyük xalqdır. Rus xalqı qürurlu xalqdır, biz onlara hörmətlə yanaşırıq. Amma hər kəs bilməlidir ki, türk xalqı da qürurlu xalqdır və hörmət etdiyi xalqlardan hörmət gözləyir”.
 
APA-nın məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıda, ADA Universitetində çıxışı zamanı deyib. O, Rusiya rəhbərliyinə çağırış edib: "Gəlin, problemləri üz-üzə müzakirə edək. 15 gün əvvəl gündəmdə olmayan "Türkiyə İŞİD-i dəstəkləyir” kimi iddialarla soyuq müharibə dövrünü xatırladan kampaniyalardan bir-birimizə qarşı istifadə etməyək. Əgər belə bir iddia vardısa, niyə 15 gündən əvvəl gündəmə gətirmədiniz? Biz hava sahəmizə girən və kimə məxsus olduğu bilinməyən təyyarəyə qarşı özünümüdafiə hüququmuzdan istifadə etmişik. Buna görə heç kəs Türkiyəni ittiham edə bilməz. Biz sərhədlərimiz qoruduğumuz üçün üzr istəyə bilmərik. Türkiyə-Suriya sərhədi Türkiyə-Rusiya sərhədi deyil. Biz heç kimə yuxarıdan baxmarıq, amma bizə də yuxarıdan baxılmasını istəmirik. Bu hadisə Rusiya sərhədinə yaxın bir yerdə yox, Türkiyə sərhədinə yaxın yerdə baş. verib. İŞİD-ə qarşı əməliyyat bəhanəsi ilə türkmənləri qətlə yetirmək İŞİD-ə xidmət etməkdir. İŞİD-ə qarşı əsas mübarizə türkmənlər tərəfindən aparılır”.
 
Ə. Davudoğlu sanksiyalar məsələsinə də toxunub: "Bu embarqolar kimsəyə fayda verməyəcək. Rusiyaya qarşı embarqo tətbiq edilərkən biz buna qarşı çıxdıq və eyni hərəkəti etmədik. O vaxt bizə müxtəlif yollarla təşəkkür etdilər”. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol