• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Merkel-i gözdən salmaq istəyir

Putin Merkel-i gözdən salmaq istəyir
29.05.2020 08:45
«Newsweek» Karneqi Fondundan Judy Dempsey-nin məqaləsini dərc edib. Müəllif Rusiya təbliğat maşınının indi də vaxtilə Rusiyanın Avropada ən yaxın müttəfiqi sayılan Almaniyanı hədəfə aldığını yazır. Hələ kansler Angela Merkel Suriya qaçqınlarını barədə qərar verəndə, Rusiya mediası bu «açıq qapı» siyasətinə qarşı çıxanlara geniş yer ayırırdı.

«Ancaq son günlər Rusiya dövlət mediası bir başqa xətt götürüb. Onlar Almaniyadakı 1.2 milyonluq etnik rusdan istifadə edirlər, ruslar Merkel-in siyasətini pisləyirlər. Bu icma ksenofob olmasa da, mühafizəkar baxışlarıyla tanınıb. Antiislam «Pegida» hərəkatının nümayişlərində də etnik ruslar iştirak edir».

«Ola bilsin, Rusiya rusdillilərdən istifadə edərək Merkel-ə daha artıq müxalifət yaratmağa çalışır. Baltik ölkələrindəki etnik ruslarla bağlı da belə edirdi. Merkel həm Almaniyada yaşayan ruslar, həm də Rusiyanın özündə olanlar üçün asan hədəfdir. O, AB-nin Rusiyaya sanksiyalarının saxlanmasına nail olub. Ancaq qaçqın böhranının Avropanı parçalaması və zəiflətməsi Merkel-in işlərini də çətinləşdirir».

Rusiyalı jurnalistin 13 yaşlı qızının miqrantlar tərəfindən zorlanması xəbəri Almaniyadakı rusların etirazını doğurub. Ancaq Berlin polisi qızın nə oğurlandığını, nə də zorlandığını bildirib. Jurnalist də qızışdırmada şübhəli bilinərək polisə çağırılıb. Amma xarici işlər naziri Sergei Lavrov da Moskvada mətbuat konfransında Lisa-nın məsələsinə toxunub. Almaniya rəsmiləri isə məsələni siyasiləşdirməyin yolverilməz olduğunu bildirib.

«Məsələ daha dərindir. Rusiya təbliğatla AB-nin ümumi mövqelərini, birliyin özünü zəiflətməyə çalışır. Rusiyanın avroskeptik ifrat-sağçı hərəkatlar və partiyaları maliyyələşdirməsi barədə məlumatlar var. Bu qruplar Avropanın insan haqları, ləyaqət və media azadlığı kimi təməl dəyərlərinə meydan oxuyurlar», - müəllif yazır.  /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol