• $
  • €
  • ₽
  • ₺
  • £

Obama Rusiyaya xəbərdalıq etdi

Obama Rusiyaya xəbərdalıq etdi
26.02.2016 11:33
"Rusiyanın hərbi müdaxiləsi Əsəd rejimini gücləndirdi və bu vəziyyət insan itkisi amilini daha pis hala gətirdi.”
 
ANS PRESS-in məlumatına görə, bu sözləri Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Barak Obama deyib. Obama Ağ evdə keçirdiyi mətbuat konfransında Suriyada sadəcə vətəndaş müharibəsi yox, məzhəb toqquşmaları və siyasi müxtəlifliyi əks etdirən döyüşlər yaşandığını qeyd edib.  

"Belə bir vəziyyətdə əldə olunan atəşkəs razılaşmasının heç də asan olmayacağını, bu istiqamətdə bir çox şübhənin olduğunu bilirik. Amma diplomatik yollarla bu toqquşmanın qarşısını almağa çalışmasaq tarix bizi mühakimə edəcək. İŞİD-i yox etməyin yeganə yolu Suriyada xaosu bitirməkdir. Cümə günü gecənin yarısı qüvəyə minəcək atəşkəs razılaşması xaosu bitirmək üçün potensial addımdır.”  

Ən yaxşı halda zorakılıq hadisələrinin o dəqiqə bitəcəyini gözləmədiklərini deyən ABŞ prezidenti bunun həyata keçməsinin Əsəd rejimindən, Rusiyadan və digər müttəfiqlərdən asılı olduğunu qeyd edib.

"Bu razılaşma müzakirə tərəflərinin səmimi olub-olmadıqlarını göstərən bir testdir. Vyana prosesinin tələbləri açıqdır. Bu, azad seçki, yeni konstitusiyanın hazırlanması və bütün tərəfləri əhatə edən bir hökumətin qurulmasını nəzərdə tutur. Bu cür gələcəkdə Bəşər Əsədin yeri ola bilməz. Əsədin öz xalqına qarşı apardığı işgəncə, kaset bombası, mühasirə, ac qoymaq kimi dəhşətli metodlardan sonra bu mümkün olmaz. Bir çox suriyalı Əsəd kreslosundan imtina etməyənə qədər döyüşü dayandırmayacaq.”

Rusiya, İran və bölgədəki digər bəzi fiqurlarla ABŞ arasında Əsəd ətrafında hələ də anlaşmazlıq olduğunu deyən Obama, atəşkəs razılaşması ilə tərəflərin Suriyada zorakılığı bitirmək məsələsinə baxışlarını da nümayiş etdirəcəyini deyib.  

İŞİD-lə mübarizənin bir neçə ay əvvələ nisbətən daha yaxşı vəziyyətdə olduğunu deyən Obama Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Hollandiya, Kanada kimi ölkələrlə yanaşı Türkiyə sərhəddindəki təhlükəsizlik tədbirlərinin çoxaldılmasının bunda rolu olduğunu vurğulayıb.

Bu günə qədər İŞİD-ə qarşı 10 mindən çox hava əməliyyatı keçirildiyini deyən ABŞ prezidenti qruplaşmanın ötən ildən bəri nəzərə çarpacaq bir irəliləyişə nail olmadığını bildirib.

İŞİD-lə virtual mübarizədə də müvəffəqiyyət qazanmaq üçün əlaqədar qurumlarla – facebok, twitter, You-Tube kimi silikon vadisinin əsas İT firmaları ilə birgə çaslışdıqlarını deyən Obama qruplaşma ilə mübarizənin asan olmayacağını, amma var güclərinin bütün ünsürlərindən istifadə edəcəklərini deyib.   


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol