• $
  • €
  • ₽
  • ₺
  • £

Obama Rusiyaya atəşkəs xəbərdarlığı edib

Obama Rusiyaya atəşkəs xəbərdarlığı edib
26.02.2016 18:29
ABŞ prezidenti prezident Assad-ın rejimini və onun əsas müttəfiqi Rusiyanı verdikləri vədlərə əməl etməyə çağırıb

ABŞ prezidenti Barack Obama bəyan edib ki, Suriyada atəşkəs bu ölkədə xaosa son qoyulmasının başlanğıcı olmalıdır.

Onun sözlərinə görə, bu o zaman mümkün ola bilər ki, prezident Assad-ın rejimi və onun əsas müttəfiqi Rusiya verdikləri vədlərə əməl etsinlər.

"Qarşıdan gələn günlər Suriya üçün taleyüklü olacaq və bu prosesi bütün dünya izləyəcək. Əgər daha geniş miqyasda baxılarsa, bu, bütün tərəflərin danışıqlara hazırlığını göstərəcək” – deyib Obama ABŞ Milli Təhlükəsizlik Şurasının iclasından sonra.

Fevralın 22-də ABŞ və Rusiya Suriyada hərbi əməliyyatların dayandırılmasının şərtləri və müddətləri barədə planı razılaşdırdıqlarını elan ediblər.

Fevralın 27-si, Dəməşqdə, gecəyarı

Razılaşmaya görə bütün hərbi əməliyyatlar fevralın 27-də, Dəməşq vaxtı ilə gecəyarı dayandırılmalıdır.

Bunun ardınca Suriyanın ana müxalifət koalisiyası iki həftəlik atəşəkəsə razı olduğunu bildirib.

Amma eyni zamanda Obama qeyd edib ki, atəşkəs heç də bütün əməliyyatların dayandırlması demək deyildir.

Onun sözlərinə görə, atəşkəs "İslam Dövləti”, "ən-Nüsra Cəbhəsi” və başqa ekstremist qruplaşmalaraşamil edilməyəcək.

Amerika prezidenti bir daha bəyan edib ki, Vaşinqton "İslam Dövləti” təşkilatı ilə heç bir sülh razılaşmasına getməyəcək və cihadçılar üzərinə hücum bütün cəbhələrdə davam etdiriləcək.

"Biz bu vəhşi terror təşkilatlını məhv edəcəyik, - deyib Obama, - İD xilafət yox, cinayətkar icmadır”.

Barack Obama bir daha vurğulayıb ki, Bashar al-Assad hakimiyyətdə qaldıqca Suriyada vətəndaş müharibəsi başa çatmayacaq.

Prezident izah edib ki, bu məsələdə ABŞ-la Rusiya, habelə İran və başqa regional güclər arasında ciddi fikir ayrılığı mövcuddur.

"Amma aydındır ki, rejimin öz xalqı ilə uzun illər davam edən vəhşi rəftarından sonra, Suriyada çoxları Assad getməyincə silahı yerə qoymayacaqlar” – deyib Obama. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol