• $
  • €
  • ₽
  • ₺
  • £

Məsciddə Zəbur oxumaq: Yəhudi, müsəlman, xristian əməkdaşlığı

Məsciddə Zəbur oxumaq: Yəhudi, müsəlman, xristian əməkdaşlığı
29.05.2020 09:02
Rabbi Yonah Bukşteyn

Aranın daha da qızışdığı bir dövrdə körpülər qurmaq hər zamankından daha vacibdir. 

Xocalı faciəsinin 24-cü ildönümündə yəhudilərdən, müsəlmanlardan və xristianlardan ibarət bir qrup yerli məsciddə yığışaraq, baş vermiş bu qətliamı yad etmək və birgə dualar etmək üçün bir yerə yığışmışdılar. Biz bunu qurbanlarla, sağ qalanlarla, Azərbaycan xalqıyla həmrəy olduğumuzu nümayiş etdirmək və dinin təsəlli və yaraların sağalması istiqamətində güclü vasitə olduğunu göstərmək üçün bunu edirdik. 

Tədbir Kral Fərhad Məscidi, Piko Şul Sinaqoqu və Azərbaycanı Los Ancelesdəki konsulluğu tərəfindən birgə təşkil olunmuşdu və Los Ancelesdə Xocalı qətliamını anmaqla bağlı ikinci tədbir idi. Xristian, yəhudi və müsəlman əməkdaşlığı burada güclü şəkildə özünü əks etdirirdi, tədbirə qatılanlara misal kimi Sentro Kristiano Bet-eldən keşiş Xuan Karlos Mendezi; Yerusəlim mərkəzi Notr Dam institutundan Ata Eamon Kellini; Korea Kilsələrinin İctimai İnkişafının prezidenti və CEO-su Hipin İmi; Yəhudi Dini Akademiyasının Meritus Prezidenti Rabbi Mel Qotlibi və digərlərini göstərmək olar. Belə vacib lider və şəxsiyyətlərin bir arada toplanması Azərbaycanın Los Ancelesdəki Konsulu Nəsimi Ağayev və Kral Fahad Məscidinin imamı Məhəmməd xanla olan dostluğunun göstəricisidir. 

Məsciddə dayanıb Tehillimdən, Zəburdan sitatlar gətirəndə, mən müqəddəs məkanda toplaşmış insanlara baxırdım. Toplaşanların müxtəlifliyi rəsmi qonaqları da əhatə edirdi, general konsullar, fəxri konsullar, FTB və LPD nümayəndələri, həmçinin müxtəlif etnik icmaları üzvləri. Burada yəhudi və müsəlmanların uşaqları da vardı, ailələri onlardan müxtəliflikdən qorxmağı deyil, digər dinlərə hörmət etməyi aşılayırdı. 

Xocalı qətliamı barədə faktlar dəhşətlidir. 1992-ci ilin 26 fevralında erməni silahı qüvvələri Qarabağ regionunda yaşayan etnik azərbaycanlılara hücum edib. Şahidlər və sağ qalanlar qətliamın detalları barədə məlumatlar verirdilər, qətliamı zaman qadınlar və uşaqlar daxil olmaqla, 600-dən çox silahsız mülki vətəndaş qətlə yetirilib. Bu, münaqişə zamanı ən böyük qətliam olub. Bugünkü günə qədər bu qətliamın təşkilatçılarından olan bəzi şəxslər Ermənistanda yüksək dövlət postlarında təmsil olunurlar. 

Qətliamdan sağ çıxanlardan olan Anar Yusubovu dinlədikdən və digər sağ qalan Durdanə Ağayevlə müsahibəni əks etdirən filmə baxdıqdan sonra biz sükut içində qalmışdıq, sonra dualar etdik. Mən, keşiş, imam və katolik keşiş qurban gedənlərin xatirəsinə müqəddəs kitablardan dualar oxuduq.  

Tədbirdən sonra biz Məscidin ictimai zalında birlikdə nahar etdik. Biz yemək yedik və hadisə barəsində danışdıq, qeyri-tolerantlıq və nifrətə qarşı öz fikirlərimizi bildirdik, sülhün və dincliyin bərqərar olması üçün necə işləyə biləcəyimizi götür-qoy etdik. 

Biz nə etsək də geriyə qayıda bilmərik, yalnızca ümid edirik ki, belə faciəvi hadisələr bir də təkrar olunmayacaq və Azərbaycanın yaralarına məlhəm sarılacaq. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol