• $
  • €
  • ₽
  • ₺
  • £

Obama Kubaya tarixi səfər edəcək

Obama Kubaya tarixi səfər edəcək
20.03.2016 14:00
ABŞ prezidenti Barak Obama martın 20-də Kubaya dövlət səfəri edəcək. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səfər martın 22-dək davam edəcək. Prezidenti səfər zamanı hökumət nümayəndələri, konqresmenlər, sahibkarlar, həyat yoldaşı və iki qızı müşayiət edəcək.
 
Qeyd edək ki, bu ABŞ prezidentinin Kubaya son 90 ildə ilk səfəridir.  
 
Səfər çərçivəsində ABŞ prezidentinin Kubanın rəhbəri Raul Kastro ilə görüşü nəzərdə tutulub. Danışıqların yekunlarına dair tərəflərin bəyanat verməsi gözlənilir.  
 
Bundan sonra Obama kubalı sahibkarlarla görüşməyi planlaşdırır. Görüşdə iqtisadi-ticarət münasibətlərinin perspektivləri müzakirə ediləcək.  
 
Martın 22-də Obamanın Kuba xalqı qarşısında çıxışı nəzərdə tutulub. Rəsmi Havana Obamanın çıxışını televiziya ilə yayımlayacağını vəd edib.  
 
Daha sonra ABŞ prezidenti vətəndaş cəmiyyətinin və müxalifət nümayəndələri ilə görüşəcək.
 
Obamanın Havanaya rəsmi səfəri beysbol matçına baxması ilə yekunlaşacaq. Görüş Kubanın milli yığma komandası və ABŞ-ın Florida ştatının "Tampa Bay Rays” komandası arasında baş tutacaq.     

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol