• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan prezidenti Marneulidə Novruz bayramı şənliyində - FOTO

Gürcüstan prezidenti Marneulidə Novruz bayramı şənliyində  - FOTO
21.03.2016 21:29
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Novruz bayramı şənliyi təşkil edilib.
 
APA-nın məlumatına görə, bu gün Marneuliyə gələn Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili bayram münasibəti ilə təşkil edilən sərgi pavilionlarına baxış keçiriblər və bayram münasibəti ilə təşkil edilən Novruz tonqalını alovlandırdıqdan sonra tribunaya qalxıblar.
 
Novruz bayramı şənliyinin açılışında Kvemo çıxış edən Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili Novruz bayramı ilə bağlı təbriklərini çatdırıb, sülh və əmin-amanlıq arzulayıb. Gürcüstan prezidenti G. Marqvelaşvili çıxışında Novruz bayramının əziz bayram olduğunu bildirib,  azərbaycanlı,  gürcü və digər millətləri birliyə, əmin-amanlığa çağırıb. Gürcüstanın baş naziri G. Kvirikaşvili Novruz bayramının yeni il olduğunu bildirib və Azərbaycan dilində "Novruz bayramınız mübarək" deyə bayram münasibəti ilə azərbaycanlıları təbrik edib.
 
Sonra bayram münasibəti ilə konsert proqramı başlayıb. Konsertdə gürcü və Azərbaycan dillərində müxtəlif məzmunlu mahnılar səsləndirilib, aşıqlar el mahnılarını ifa ediblər. Tədbirin sonunda Gürcüstan prezidenti G. Marqvelaşvili Marneuli sakini, azərbaycanlı  iş adamı İntiqam İsmayılovun evində qonaq olub. O, azərbaycanlı ailəsinin Novruz bayramını təbrik edib, bütün ailələrə Novruz bayramı münasibəti ilə sülh, əmin-amanlıq  və bərəkət arzulayıb.
 
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili APA-ya açıqlamasında Novruz bayramını öz ailəsinin bayramı hesab etdiyini və hər il yenilik, sülh və barışıq bəxş edən bu bayramda iştirak etmək üçün azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər etdiyini bildirib. Nazir bayram münasibəti ilə təbriklərini çatdırıb.
 
Qeyd edək ki, Marneulidə təşkil olunan Novruz bayramı şənliyində Gürcüstanın dövlət və hökumət rəsmiləri, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, səfirin birinci müavini Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Marneuli rayon icra hakimiyyətinin rəhbəri Merab Topçişvili, Kvemo Kartli  qubernatorunun müavini ,  Marneuli bələdiyyəsinin sədri Nəbi Abdullayev və başqaları iştirak ediblər.
 





www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol