• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Avropaya şərt qoydu

Türkiyə Avropaya şərt qoydu
24.04.2016 12:00
Avropa Birliyi ilə Türkiyə arasında mühacir böhranı ilə əlaqədar əldə olunan razılaşma lazımi səviyyədə icra olunur. Razılaşmadan sonra Avropaya mühacir axınlarının sayında kəskin şəkildə azalma müşahidə olunub. ANS PRESS-in məlumatına görə, Avropa Şurasının prezidenti Donald Tusk bu barədə açqılama verib.

Tusk bildirib ki, Türkiyə mühacirlərlə necə davranmaq lazım olduğunu bilən ən təcrübəli ölkədir. "Türkiyə bu işdə ən yaxşı nümunədir. Heç kim Türkiyəyə bu məsələdə nə etməli olduğuna dair mühazirə oxuya bilməz”, - Tusk belə deyib.

Avropa İttifaqı Türkiyə vətəndaşları üçün viza rejiminin liberallaşdırılması üzrə şərtləri yerinə yetirməzsə, Ankara miqrant mübadiləsinə razı olmayacaq.


Almaniya kansleri Angela Merkel ötən gün Qaziantep vilayətinə Nizip düşərgəsində suriyalı qaçqınlarla görüşüb. Nizip düşərgəsində 5 minə yaxın mühacir məskunlaşıb. Avropalı müfəttişlər mühacirlərin yaşayış şəraiti ilə maraqlanıblar.

Brüssel razılaşmasına əsasən, Avropaya qanunsuz keçən mühacirlər Türkiyəyə qaytarılmalı, geri qaytarılan hər bir mühacirin əvəzində isə, Türkiyədə olan bir mühacir Avropada yerləşdirilməlidir.

Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyənin üzərinə düşən öhdəliyi yerinə yetirdiyini bildirib. Davudoğlu bildirib ki, indi Avropa öz vədinə sadiq çıxmalı və türklər üçün Avropaya vizasız gediş-gəlişi təmin etməlidir.

""Amnesty İnternational" kimi kiminlə necə çalışdığı məlum olmayan təşkilatlar suriyalıların Türkiyədən öz ölkələrinə geri göndərildiklərinə dair bəzi məruzələr yayımlayırlar. Açıq ifadə etmək istərdim ki, Türkiyədən heç bir suriyalı öz istəyi olmadan ölkəzinə geri göndərilməyib.

Avropa İttifaqı Türkiyə vətəndaşları üçün viza rejiminin liberallaşdırılması üzrə şərtləri yerinə yetirməzsə, Ankara miqrant mübadiləsinə razı olmayacaq.
Bu gündən etibarən Avropa Birliyi üzərinə götürdüyü fond layihələrini icra etmək məqsədilə ilk addımını atdı. Ümumi həcmi 187 milyon avro olan layihələr icra olunmağa başladı.”, - Əhməd Davudoğlu bildirib.









Merkel çıxışı zamanı Türkiyədə ifadə azadlığı məsələsinə toxunub: "Türkiyədə ifadə azadlığı ilə əlaqədar narahatlığımızı dəfələrlə bildirmişik. Biz müəyyən mənada Türkiyədən asılı vəziyyətə düşdüyümüz üçün bu problemlərlə bağlı danışırıq. Söz azadlığına olan ehtiyac məsələsini Türkiyəyə bir daha xatırlada bilməyəcəyimizdən ehtiyat edirdik. Lakin faktiki olaraq əvvəlkindən daha çox bu və digər məsələlərlə bağlı açıq və səmimi müzakirə apara bilirik”
Merkelin Türkiyəyə səfəri artıq başa çatıb. Xanım kansler ötən gün axşam saatlarında Qaziantep vilayətini tərk edib.




www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol