• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada internetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

Dünyada internetə qoşulan qurğuların sayı 8 milyardı ötüb
16.06.2016 19:14
2015-ci ilin sonuna olan vəziyyətə görə, dünyada internetə qoşulan qurğuların, o cümlədən smartfon, planşet, fərdi kompüter, televizor, TV və audio qurğularının sayı 8,1 milyard təşkil edib. Bu barədə "IHS” analitik şirkətinin hesabatında deyilir.

"ICTnews” Elektron Xəbər Xidməti "DailyComm” resursuna istinadən yazır ki, bu göstəriciləri nəzərə alan ekspertlərin hesablamalarına görə, dünyada hər ev təsərrüfatına orta hesabla dörd internetə qoşulmuş qurğu düşür.

Tədqiqatda, həmçinin qeyd olunur ki, smartfonlar sayəsində internetə qoşulan qurğular bazarına hər il təxminən yarım milyard yeni qurğu əlavə olunur. Həmçinin planşet və TV qurğularının sayında artım olsa da, bu, smartfonların sayı kimi sürətli getmir.

Mütəxəssislərin fikrincə, gələcəkdə smartfonların üstünlüyü güclənməkdə davam edəcək. 2020-ci ilədək dünyada istifadə olunan hər 10 smartfona 1 planşet düşəcəyi gözlənilir.  

Bu arada "Gartner” analitik şirkəti dünya smartfonlar bazarının zəifləyəcəyini proqnozlaşdıraraq gələcəkdə bu sahədə ikirəqəmli artım tempinin olmayacağını hesab edir.

Analitiklərin qiymətləndirməsinə görə, 2016-cı ildə smartfonların satış həcmi 7 faiz artaraq 1,5 milyard ədədə çatacaq. Müqayisə üçün qeyd edək ki, smartfon sahəsində ən yüksək artım göstəricisi artımın 73 faizə bərabər olduğu 2010-cu ildə qeydə alınıb. 2015-ci ildə artım 14,4 faiz təşkil edib.

2020-ci ildə bazarın natural ifadədə həcminin 1,9 milyard qurğuya çatacağı gözlənilir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol