• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə səfiri Azərbaycan Prezidenti və xalqına təşəkkür edib

Türkiyə səfiri Azərbaycan Prezidenti və xalqına təşəkkür edib
30.06.2016 18:14
"Bizim terror hücumları ilə yaşamağa alışmaq fikrimiz yoxdur”

"Azərbaycan Prezidenti İlham Əliyevə, Prezidentin şəxsində bütün Azərbaycan hakimiyyətinə və azərbaycanlı qardaşlarımıza baş vermiş faciə ilə əlaqədar nümayiş etdirdikləri həmrəyliyə görə təşəkkürümü bildirirəm”.

"Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.

Səfir qeyd edib ki, hər dəfə Azərbaycan dövləti və xalqı Türkiyə ilə həmrəy olduğunu ən güclü şəkildə ortaya qoyub: "Baş verən hadisə çox sayda mülki insanın həyatına son qoyan, qəbuledilməz, xain terror hücumudur. Əlbəttə ki, bizim terror hücumları ilə yaşamağa alışmaq fikrimiz yoxdur. Bunlara qarşı ən güclü şəkildə mübarizə aparacağıq. Amma bu, təkcə Türkiyənin problemi deyil. Dünyanın müxtəlif yerlərində Avropada, Amerikada, Pakistanda, Afrikada baş verən qlobal problemdir. Bu problemlə mübarizə aparmaq üçün birlik olmaq lazımdır. İstanbuldakı hücumdan sonra Azərbaycanla yanaşı, müttəfiqlərimizdən həmrəylik mesajları gəldi. Lakin vacib olan hadisənin önünə keçməkdir. Biz bu məsələni həll etməliyik. Məsələ təkcə Türkiyənin məsələsi deyil, hədəf təkcə Türkiyə deyil. Hədəf insanlıqdır. Bütün terror mənbələri ilə eyni qətiyyətlə mübarizə aparılmalıdır”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol