• $
  • €
  • ₽
  • ₺
  • £

Koreya razılığa gəldi

Koreya razılığa gəldi
09.07.2016 10:14
Cənubi Koreya hökuməti raketdən müdafiə sisteminin quraşdırılması ilə əlaqədar Amerika Birləşmiş Ştatları ilə razılığa gəlib.
 
ANS PRESS-in məlumatına görə, Şimali Koreya hökuməti sonuncu dəfə nüvə silahını sınaqdan keçirdikdən sonra sisteminin quraşdırılması üçün Vaşinqtonla Seul arasında danışıqlar başlayıb.

Şimali Koreya ilə Cənubi Koreya arasında yaşana biləcək qarşıdurmalarla əlaqədar Amerika hökuməti müəyyən tədbirlərin görülməsinə çalışır. Hazırda Amerikanın Cənubi Koreyada 28 mindən çox hərbi heyəti var.

"Koreya yarımadasına raketdən müdafiə sistemi yerləşdirildikdən sonra, system hər hansı bir 3-cü ölkəni hədəfə almayacaq. Sistem təkcə nüvə silahı təhlükəsinə qarşı istifadə olunacaq. Bu, eyni zamanda, Amerika ilə Cənubi Koreya arasında raketdən müdafiə sistemi imkanlarının artırılmasına öz tövhəsini verəcək".
Tərəflər iyul ayının 8-də sistemin yerləşdirilməsi barədə razılığa gəliblər. Sistemin yeri və zamanı hələlik məxfi saxlanılır. Rəsmilər prosesin olduqca tez başa çatacağını deyiblər. Pxenyanın nüvə fəaliyyəti ilə əlaqədar bu ölkəyə qarşı bir sıra sanksiyalar qəbul olunub.

Ötən ayın 22-si Şimali Koreya səhər saatlarında Vonsan şəhərinin şərq sahilindən iki orta mənzilli, ehtimala görə "Musudan" ballistik raketinin buraxılışını həyata keçirib.

ANS PRESS-in "CNBC" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ikinci raketin buraxılışını Cənubi Koreya uğursuz kimi qiymətləndirib. ABŞ-ın strateji komandanlığı raketlərin 400 kilometr uçduqdan sonra Yapon dənizinə düşməsini izləyib. Agentlik qeyd edir ki, raketlərin buraxılışı Şimali Amerika üçün təhlükə kəsb etməyib.

Mütəxəssislər bu insidenti müsbət hal kimi qiymətləndirməyib. Onların fikrinə görə, Şimali Koreya raketlərdəki texniki nasazlıqlardan artıq xəbərdardır, bundan sonra da onları aradan qaldırmağa çalışacaq. Silahdan hansı məqsədlə atəş açıldığı və insidentin digər təfərrüatları haqqında hələlik dəqiq məlumat yoxdur.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol