• $
  • €
  • ₽
  • ₺
  • £

Vaşinqton İrəvandakı hadisələri pisləyib

Vaşinqton İrəvandakı hadisələri pisləyib
20.07.2016 10:49
ABŞ  Ermənistanda zor gücü ilə siyasi dəyişikliklərə nail olmaq cəhdlərini pisləyir.
 
APA-nın "İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.
 
"Biz Ermənistanda və hər yerdə  zor gücü ilə siyasi dəyişikliklərə nail olmaq cəhdlərini pisləyirik və vəziyyətin normalaşdırılması üçün  Ermənistan hakimiyyətini təmkinlik nümayiş etdirməyə çağırırıq”, deyə Toner bildirib.
 
"Ermənistandakı vəziyyətin Türkiyədəki hadisələrlə əlaqəsi varmı?” sualına  Toner bildirib: "Ümid edirik ki, əlaqəsi yoxdur. Demokratik yolla seçilmiş hakimiyyətin devrilməsi həmişə pis ideya olub.  Siyasi dəyişikliklər demokratik üsulla həyata keçirilməlidir”.  
 
Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.
 
Girov saxlanılan şəxslər arasında Ermənistan polisinin rəis müavini general-mayor Vardan  Yegiazaryan və İrəvan polisinin rəis müavini polkovnik Valeri Osipyan var.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol