• $
  • €
  • ₽
  • ₺
  • £

2025-ci ilə “5G” telefonlarının tədarükü 300 milyonu ötəcək

2025-ci ilə “5G” telefonlarının tədarükü 300 milyonu ötəcək
26.08.2016 22:38
"4G” şəbəkəsi ilə müqayisədə 1000 dəfə yüksək sürət təmin etmək qabiliyyətinə malik "5G” mobil şəbəkəsinin kommersiya buraxılışı yalnız 2020-ci ilə gözlənilir. 

Buna baxmayaraq "Strategy Analytics” tədqiqat şirkətinin analitikləri artıq yeni rabitə standartı ilə bağlı proqnoz verib.

"ICTnews” Elektron Xəbər Xidməti "dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin qiymətləndirməsinə görə, "5G” şəbəkəsini dəstəkləyən ilk mobil qurğular artıq 2018-ci ildə əlçatan ola bilər. Mütəxəssislər bildirib ki, smartfon istehsalçıları bir sıra texniki problemləri həll etməlidir.

2020-ci ilə bu çətinliklərin aradan qaldırılacağı gözlənilir. Həmin vaxt "5G” dəstəkli aparatların kiçik partiyaları Cənubi Koreya və Yaponiya bazarlarına satışa çıxarılacaq. 2021-ci ildən sözügedən qurğular ABŞ, Böyük Britaniya, İsveç, Birləşmiş Ərəb Əmirlikləri və Çin daxil olmaqla başqa ölkələrdə əlçatan olacaq.

"Strategy Analytics”in uzunmüddətli proqnozuna əsasən, 2022-ci ilə dünyada "5G” dəstəkli on milyonlarla mobil telefon satılacaq, lakin bazarda onların payı 5%-i ötməyəcək.

Araşdırmaya əsasən, 2025-ci ilə "5G” aparatlarının qlobal tədarükü 300 milyonu ötəcək. Təxmin edilir ki, 2025-ci ilə mobil qoşulmaların təqribən  7%-i "5G” şəbəkələrinin köməyi ilə qurulacaq.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol