• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada hər 40 saniyədən bir kimsə özünü öldürür

Dünyada hər 40 saniyədən bir kimsə özünü öldürür
10.09.2016 19:07
Beynəlxalq İntiharların Qarşısını Alma Günüdür. 2003-cü ildən etibarən hər il dünyada qeyd olunan bu günün məqsədi dünyada intiharların qarşısının alınmasına dair fəaliyyəti təşviq etməkdir.

ANN.Az-ın məlumatına görə, Azərtac BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu tarixin təqvimə əlavə edilməsinin təşəbbüsçüsü Beynəlxalq İntiharların Qarşısını Alma Assosiasiyasıdır (BİQAA və həmin gün Dünya Səhiyyə Təşkilatının (DST) dəstəyi və BMT-nin himayəsi ilə həyata keçirilir.

Müasir həyat və iş ritmləri, habelə bir çox subyektiv amillər müəyyən anda insanı son addıma - canına qəsd etməyə sövq edir. Statistikaya görə, orta hesabla dünyada zorakı ölümlərin yarısı intiharların payına düşür.

DST diqqəti buna yönəldir ki, hər il dünyada təxminən 800 min adam intihar edir. Üstəlik, uğursuz intihar cəhdlərinin sayı özünəqəsdlərin sayından 20 dəfə yüksəkdir. DST mütəxəssisləri hər 40 saniyədən bir intihar hadisəsi baş verdiyini xatırladır.

Məlumatlara görə, dünyada intiharların təxminən 30 faizini özünü pestisidlərlə zəhərləmələr təşkil edir. Həm də bu ölümlərin əksəriyyəti aşağı və orta gəlirli ölkələrin kənd yerlərində baş verir. Digər geniş yayılan özünəqəsd üsulları asma və odlu silahdan istifadədir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol