• $
  • €
  • ₽
  • ₺
  • £

"YouTube" yeni sosial şəbəkəsini təqdim etdi

"YouTube" yeni sosial şəbəkəsini təqdim etdi
29.05.2020 06:52
"YouTube", "Community" adında videobloggerlər ilə izləyicilər arasındakı əlaqəni artırmağı hədəflədiyi bir sosial şəbəkəni təqdim etdi. Sosial media şəbəkələrinə "Youtube" da qatıldı.

ANN.Az "Technote.az"a istinadən xəbər verir ki, "Community" adındakı sosial şəbəkə, videobloggerlərin məzmunlar və digər mövzularda izləyicilər ilə daha çox əlaqədə olmalarına şərait yaradacaq. Bugündən etibarən beta versiyasında işə başlayan "Community", "Youtube" tərkibindəki kanalların yanında yer alan bir bölmədə xidmət verəcək. "YouTube"un sosial şəbəkəsi ilk mərhələdə bloggerlər ilə izləyicilər arasında; GIF, canlı video və s. məzmunları paylaşmalarına şərait yaradacaq.

"YouTube" rəsmiləri, sosial şəbəkənin gözləntiləri qarşılaması haqqında tətbiqin tam versiyasında daha geniş bir sosial şəbəkə təcrübəsi vəd edirlər. Mövcud abunə olunan kanallardakı bildiriş sisteminə sahib olacaq tətbiq, mobil cihazlar üzərindən də xidmət verə biləcək. "YouTube"un özünə aid bir sosial şəbəkə meydana gətirəcəyini Avqust ayında sizlərə bildirmişdik. Son bir neçə ayda seçilmiş bloggerlər ilə tətbiqi test edən "YouTube", bugündən etibarən tətbiqin beta versiyasını istifadəçilərə təqdim etdi.
"YouTube" rəhbərliyindən Kayley Makevoy bir bloq yazısında, meydana gətirilən sosial şəbəkənin bloggerlər ilə izləyicilər arasında dərin işbirliyləri meydana gətirə biləcəyini bildirdi. Test versiyalarında seçilmiş bloggerlərin özlərinə kömək etdiyini bildirən Makevoy, sosial şəbəkənin izləyicilərin bütün gözləntilərini qarşılamaq məqsədi ilə xidmət verəcəyini də sözlərinə əlavə etdi.
"YouTube", gələcək aylarda izləyici və blogger rəylərinə əsasən "Community"-yə yeni xüsusiyyətlərin də əlavə ediləcəyini ifadə edir.

Sistemin hələki bəzi "YouTube" video bloggerlərində işləyəci isə "Digital Trends"dəki bir xəbərdə yer aldı.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol