• $
  • €
  • ₽
  • ₺
  • £

Niyə dejavu hissini yaşayırıq? - ELMİ İZAH

Niyə dejavu hissini yaşayırıq? - ELMİ İZAH
29.05.2020 08:58
Dejavunun sadə izahı

Dejavu (fransızcadan tərcüməsi artıq görülmüş) — ilk dəfə baş verən hadisəni daha əvvəl də gördüyümüz və yaşadığımız, ilk dəfə gedilən yerdə artıq bir dəfə olduğumuz hissini oyandıran illüziya deməkdir. Dejavunu qısaca olaraq "xəbərsiz tanışlıq” kimi xarakterizə etmək olar. 

Bu tanışlıq adətən qorxu, yadlıq və qəribəlik hissləri ilə müşayət olunur. Dejavu bütün yaş qruplarına aid insanlara təsir göstərir, lakin daha çox yeniyetmələr və gənclər (15-25 yaş arası) bu hissə qarşı həssasdırlar. Dejavu bir çox hallarda "gələcəyi xatırlamaq” kimi təsvir edilir və bu məşhur fenomen insanların 70 faizdən çoxunda ən azı bir dəfə yaşanmışdır. Bu hissi təsvir etmək çox çətindir. Bu halla qarşılaşan insanlar bəzən özlərini fövqəlgücə sahib hesab edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına dejavu deyilir.

ANN.Az xəbər verir ki, dejavuya görə beynin parahippokampal hissəsi cavab verir. Məhz bu hissə daxil olan məlumatın yaddaş və ya reallıqdan olduğunu müəyyən edir. Məhz parahippokampal hissədə problem yarandıqda biz dejavu keçiririk.

İnsan beynini sıx və böyük şəhər kimi təsəvvür edin. Hər şey qaydasında olanda məlumatı daşıyan yük maşını adi yolla hərəkət edir, A məntəqəsindən B məntəqəsinə. Ancaq marşrutda "tıxac" yaranarsa, yük maşını alternativ yollar tapmağa məcbur olur. Həmin yollarda isə yaddaşımızın arxiv məlumatları yerləşir. Bu anda beyin tormozlanır və bizimlə baş verən hadisə bizə tanış gəlir.

Bununla alimlər sübut edir ki, dejavunun keçmiş həyat, romantika, yuxu ilə heç bir əlaqəsi yoxdur.

Sadəcə bu, beynin qısamüddətli nasazlığıdır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol