• $
  • €
  • ₽
  • ₺
  • £

Bədən istiliyindən enerji hasil ediləcək

Bədən istiliyindən enerji hasil ediləcək
16.09.2016 20:35
ABŞ-ın Şimali Karolina Universitetinin alimləri müasir termoelektrik generatorlardan bir neçə dəfə çox elektrik enerjisi istehsal edən yeni daşınan qurğu prototipi yaradıblar.

"ICTnews” Elektron Xəbər Xidməti "Naked Science” resursuna istinadən yazır ki, termoelektrik generatorlar elektrik enerjisi hasilatı üçün istifadəçinin bədəni və hava arasında temperatur fərqindən istifadə edir. Əvvəlki oxşar qurğular 1 kvadrat santimetr üçün yalnız 1 mikrovatt istehsal edə bilən ağır və böyük radiatorlardan istifadə edib. Şimali Karolina Universitetinin alimlərinin yaratdığı yeni texnologiya isə iri radiatordan istifadə etmədən 1 kvadrat santimetr üçün 20 mikrovatt elektrik enerjisi hasil etməyə imkan verir.

Kiçik ölçüyə malik yeni termoelektrik generator əyilə bilir ki, bu da qurğunu istifadəçinin bədəninə dəqiqliklə bərkitməyə imkan verir. Qurğunun istilikkeçirici qatı dəri ilə əlaqəyə girərək istiliyi udur, polimer qat isə istilik xüsusi generatordan keçməzdən əvvəl onu yayılmadan saxlayır.

Digər daşınan termoelektrik generatorlar kimi, cihaz idman bilərzikləri və ya "ağıllı” saatlar kimi müxtəlif daşınan qurğuların işinin dəstəklənməsi üçün lazım olan enerjini hasil etməyə imkan verir.

Tədqiqat üçün alimlər generatorların quraşdırıldığı idman maykalarından istifadə ediblər. Nəticədə alimlər müəyyənləşdiriblər ki, yeni texnologiya bütün məşhur analoqlardan daha çox - istifadəçi üçün normal şəraitdə 1 kvadrat santimetr üçün 6 mikrovatt və fiziki hərəkətlər zamanı 16 mikrovatt elektrik enerjisi hasil edir.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol