• $
  • €
  • ₽
  • ₺
  • £

UEFA prezidenti Bakıya gəlir

UEFA prezidenti Bakıya gəlir
16.09.2016 19:10
"UEFA-nın yeni prezidenti Aleksander Çeferini Azərbaycana dəvət etmişik”. 

ANN.Az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Sentyabrın 30-da AVRO-2020-yə ev sahibliyi edəcək 13 şəhərdən biri - Bakının loqosunun təqdimat mərasimi olacaq. Bakı Olimpiya stadionunda baş tutacaq tədbirə UEFA-nın yeni prezidenti Aleksander Çeferinin də qatılacağı gözlənilir.

Bununla bağlı danışan Elxan Məmmədov bildirib ki, Bakıya dəvət olunan rəsmi şəxslərin sırasında Çeferin də var: "Bilirsiz ki, Avropa çempionatına ev sahibliyi edəcək hər şəhərin özünün ayrıca loqosu olacaq. Sentyabrın 21-də Londonun, ardınca Münhenin, daha sonra isə Bakının loqosunun təqdimatı keçiriləcək. AÇ-2020-nin oyunlarının baş tutacağı şəhərlərdən ibarət cədvəl qurulub. Qrup mərhələsi və ¼ final görüşlərini keçirəcəyimizə görə, biz siyahıda ilk yerlərdəyik. Buna görə də, Bakının loqosunun təqdimatı sentyabrın 30-na planlaşdırılıb. Təbii ki, təqdimat mərasiminə rəsmi şəxslər də qatılacaqlar. Biz UEFA-nın yeni prezidenti Çeferini Bakıya dəvət etmişik. Yəqin ki, gələr. Bu yaxınlarda dəqiq bilinəcək”.

"Aleksander Çeferinlə birlikdə FİFA-nın yeni prezidenti Canni İnfantinonu da Bakıya dəvət etmisizmi?” sualına Məmmədov belə cavab verib: "Bu, ilk növbədə, UEFA-nın tədbiridi. Buna görə də, birinci Çeferini dəvət etmişik”.

Qeyd edək ki, AVRO-2020-nin ümumilikdə 4 - qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu paytaxtımızda keçiriləcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol