• $
  • €
  • ₽
  • ₺
  • £

Pullarını havaya sovuranlar: Qızıl təyyarə, milyon yarımlıq vanna...

Pullarını havaya sovuranlar: Qızıl təyyarə, milyon yarımlıq vanna...
29.05.2020 05:00
Nə zaman ki, insan pullarının sayını bilmir, onları hara və necə xərcləyəcəyini də düşünmür.
 
Publika.az məşhurların pul çoxluğundan irəli gələn qeyri-adi alış-verişlərinə diqqət çəkib. Əlbəttə pul olduqdan sonra nəsə bahalı bir şey almaq qəbahət sayılmır. Amma elə qeyri-adi alış-verişlər var ki, onlarsız yaşamaq olar.
 
İt üçün evciklər
Bu məsələdə bizi iki məşhur təəccübləndirir. Reyçel Hant bu yaxınlarda öz sevimli iti üçün 15 min dollarlıq evcik alıb. Paris Hilton isə öz evcil heyvanı üçün 325 min dollarlıq ev alıb. O evin imkanları, hətta məşhurun özünün də orda yaşamağına imkan verir.

 
"Pariklər”
Gözəllik üçün xərclənən pullar əbəs deyil. Amma yenə də süni saçlar üçün 24 min dollar saymaq sadəcə bədxərclikdir. Ən qəribəsi də odur ki, bu saçları ultraqısa saç imicinə malik olan Mayli Sayrus alır. Bu zaman sual yaranır. İstifadə etməyəcəyin bir şeyə görə niyə bu qədər pul xərcləyəsən ki?


Qızıl telefon
Bu, gülməli olmayan köhnə zarafat kimi səslənir, elə deyilmi? Amma bu, zarafat deyil, Viktoriya Bekhemin növbəti alış-verişidir. Karyerasının başlanğıcında "Space Girls” qrupunda solist olaraq özü barəsində dəbdəbəni sevən, pafoslu bir qız obrazını yaratmağa fürsət tapmışdı. Amma "Stuart Hughes” şirkətinin 24 karatlıq qızıl telefonunu almaqla özü haqqında yaratdığı obrazı təsdiqləmiş oldu.

 
37 min dollarlıq idman ayaqqabısı
İngilis reper Tayni Tempanın ayaqqabılara qarşı olduqca qəribə bir zəifliyi var. Onun artıq hər kəsi heyrətləndirəcək ayaqqabı kolleksiyası mövcuddur. "Ayaqqabı aclığı” ilə dünyada tanınan məşhurun kolleksiyasına növbəti əlavəsi 37 min dollarlıq "Nike Air Mags” idman ayaqqabısı olub.

 
Kabus detektoru
Sizin bu cihazın varlığından xəbəriniz varmı? Hər halda, belə bir cihaz mövcuddur və qiyməti də 50 min dollardır. İndi isə təxmin edək ki, bunu kim ala bilər. Ledi Qaqadan başqa kim ola bilər ki? Maraqlı bir məqam var ki, bu cür qəribə əşyaların alıcısının məhz Ledi Qaqa olduğunu biləndə insanlar o qədər də təəccüblənmirlər. Müğənninin dünyada yaratdığı imici nəzərə alaraq, bu cür hərəkətləri onun üçün sıradan bir hadisə kimi qəbul edilir. Nə demək olar, ümid edirik ki, bu texnoloji məhsul ona özünü təhlükəsiz hiss etdirir.

 
60 min dollarlıq xizəklər
Kinorejissor Stiven Şpilberq bir müddət əvvəl etdiyi alış-verişlə öz pərəstişkarlarını heyrətləndirib: rejissor Orson Uellsin "Vətəndaş Keyn” filminin rekviziti sayılan xizəkləri 60 min dollara alıb. S.Şpilberq bildirib ki, o, bu filmi bütün dövrlərin və xalqların kinematoqrafiya tarixinin klassikası hesab edir. Buna görə də bu xizəklər onun üçün keyfiyyətli kinonun simvoludur.

 
Benqal pələngi
Bəli onları da almaq mümkündür. Necə ki, Mayk Tayson 150 min dollar sayaraq alıb. Bu, o qədər də qəribə deyil. O zaman təəccüblü olardı ki, dünyanın ən sərt və dəlisov nümayəndələrindən biri olan Tayson pişiklər və itlərlə oynayardı.

 
UZİ aparatı
Tibb məntəqələrində saatlarla növbədə olarkən hər kəs özünün şəxsi xəstəxanasına sahib olmağı barədə düşünüb yəqin ki. Görünür, məşhurlar da bu problemdən əziyyət çəkirlər. Tom Kruz 200 min dollarından keçərək özü üçün şəxsi UZİ aparatı alıb. Daha doğrusu, o, bunu keçmiş arvadı Keti Holms üçün almışdı. K.Holms o zaman hamilə idi. Tom Kruzsa qayğıkeş ər və ata olaraq onun üçün evdə hər cür şəraiti yaratmağa səy göstərirdi. Hazırda o aparat nə işə yarayır, bax, bu bəlli deyil.

 
Şlyapa üçün təyyarə
Məşhur "U2” qrupunun solisti Bono sevimli şlyapasını gətizdirmək üçün təyyarədə birinci sinif salonda 1700 dollara yer alıbmış.

 
Skelet, kolleksiya və 2 milyon 376 min dollarlıq hesab
Xeyr, bu zarafat deyil. Bu, Nikolas Keycin bir dinozavr skeletinə və komikslər kolleksiyasına görə ödədiyi hesabdır. Yeri gəlmişkən, dinozavr skeleti aktyora 276 min dollara başa gəlib. Amma komikslər kolleksiyasına 2 milyon dollardan çox pul xərcləyib.

 
Milyon yarımlıq vanna
Söhbət Tamara Ekklstoundan, məşhur milyarder Berni Ekklstounun qızından gedir. 75 milyon dollarlıq malikanəsində oturub vaxt öldürən, vannasını svarovski daşları və digər qiymətli əşyalarla bəzətdirib bir sərvət dəyərinə çatdıran qızcığazdan.

 
2 milyon dollara hava nəmləndirici
Bilməyənlər üçün deyək ki, hava nəmləndirici fantanabənzər və ultrasəs yayan bir cihazdır. Satışda 20 dollara almaq mümkündür. Ancaq Selin Dionun evində quraşdırılan hər nədirsə, 2 milyon dollara başa gəlib.

 
Şəhər
Kim Bessencer pullarını maşına, daş-qaşlara, evlərə və s. xərcləməkdən imtina edib. Əvəzində 1989-cu ildə Corciya ştatında 20 milyon dollara şəhər alıb.

 
Qızıl təyyarə
Donald Tramp - hər kəsin haqqında danışdığı ABŞ prezidentliyinə namizəd milyonçu. Hazırda öz siyasi çıxışları və imici ilə dünya mediasının gündəmini zəbt edən Tramp, həm də öz eksentrik xərcləmələriylə də məşhurdur. Məsələn, yalnız onda olan qızıl təyyarəni qeyd etmək kifayətdir. Həmçinin onun qızıl vannası, yaxtası və maşını da var.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol