• $
  • €
  • ₽
  • ₺
  • £

Mobil telefonun insana inanılmaz ziyanı

Mobil telefonun insana inanılmaz ziyanı
29.05.2020 02:17
Siz elə indi "facebook"da dostlarınızın yeni foto və statuslarını nəzərdən keçirirsiniz? 

Yaxud da dostunuzla sadəcə məktublaşırsınız? Onda sizə bəd xəbərimiz var.
 
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, telefonda, internetdə daha çox vaxt keçirən insanların qozbelə çevrilmək ehtimalı daha çoxdur. Odur ki, qədd-qamətiniz barədə düşünməyə dəyər. Əgər siz səhv oturur və ya düzgün dayanmırsınızsa, bu halda bilmədən onurğa sütununu 27 kiloqramadək yükləmiş olursunuz.
 
Bu gün insanlar orta hesabla gündə təxminən dörd saat mobil telefondan istifadə edir. Bəzi hallarda bu rəqəm hətta ona kimi qalxa bilər. Telefondan istifadə zamanı səhv dayanmaq və oturmaq onurğa sütununda kifayət qədər ciddi zərərlərə gətirib çıxara bilər. Adamın başının çəkisi orta hesabla 10-12 kq-dır, bu isə o deməkdir ki, onurğa sütunu yüklənib və o, daim fəaliyyət göstərir. Əlbəttə ki, siz başınızı aşağı əyməmisinizsə. Məsələ ondadır ki, başınızı aşağı sallayaraq onurğa sütununun yükünü artırmış olursunuz.
 
Son tədqiqatların nəticələri göstərir ki, əgər siz cəmi 15 dərəcə başınızı əysəniz, onurğa sütununun yükünü 12 kiloqramadək artırarsınız, əgər 30 maillik dərəcə təşkil edərsə, yük 20 kq-a qədər, 45 dərəcədə 22 kq-dək, 60 dərəcə maillikdə olduqda isə yük 27 kq-dək artacaq. Ən acınacaqlısı odur ki, insanların əksəriyyəti telefondan istifadə zamanı başını 60 dərəcə altında saxlayır. Sözsüz ki, bütün bunlar kifayət qədər ağır fəsadlara gətirib çıxarır.
 
Odur ki, bu andan etibarən telefonda hər hansı mətn oxuyarkən son dərəcə diqqətli olun, başınızı çox aşağı əyməyin, qaməti isə düz saxlayın.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol