• $
  • €
  • ₽
  • ₺
  • £

200 min dollar ödəyin Marsa uçun

200 min dollar ödəyin Marsa uçun
30.09.2016 09:03

Mərkəzi ofisi ABŞ-da yerləşən "SpaceX" kosmos araşdırmaları şirkəti "Marsın koloniyalaşdırmasına" kömək edəcək planını ictimaiyyətə açıqlayıb. Trend Sputnik-a istinadla xəbər verir ki, Meksikada keçirilən beynəlxalq konfransda çıxış edən "SpaceX"in qurucusu Elon Musk bu məqsədə xidmət edəcək bir raket sistemini inkişaf etdirməyi planlaşdırdıqlarını söyləyib.

"SpaceX" NASA-nın aya göndərdiyi "Saturn 5"dən 3 qat daha böyük bir raket istehsal etmək istəyir. "Saturn 5" NASA tərəfindən 1961-1975-ci illər arasında aya göndərilmişdi.

Elon Musk istehsal edəcəkləri yeni raket mühərriki ilə Mars planetinə 80 günə getməyin mümkün olacağını, zamanla bu müddətin 30 günə qədər düşə biləcəyini söyləyib. Onun sözlərinə görə, 2022-ci ildə keçirilməsi gözlənilən sınaq səfərindən sonra Marsa insan aparacaq kosmos vasitəsi 2024-cü ildə yola düşə biləcək. 100 nəfərlik qruplar halında Marsa getmək istəyənlər 200 min dollar ödəyəcəklər. Bu ödəniş zamanla 140 min dollara, hətta 100 min dollara düşə biləcək. Elon Musk zamanla layihənin inkişaf edəcəyini və "koloniyalaşdırılacaq" Marsda 1 milyon insanın yaşaya biləcəyini bildirib. Ancaq Musk bu prosesin 100 ildə tamamlana biləcəyini qeyd edib.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol