• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST: Varlı dövlətlərdə yaşlı insanlara hörmət olunmur

ÜST: Varlı dövlətlərdə yaşlı insanlara hörmət olunmur
30.09.2016 23:13
Bütün dünyada yaşlı insanların sayı artır, lakin onlara qarşı münasibəti nadir hallarda yaxşı görmək olar.

"Report" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Beynəlxalq Yaşlılar Günü ərəfəsində dünyanın 57 ölkəsindən 83 min nəfərin iştirak etdiyi sorğunun nəticələrini açıqlayıb.

Respondentlərin 60 faizi etiraf ediblər ki, yaşlı nəslə qarşı, bir qayda olaraq hörmətsizlik edilir. Eyni zamanda bu özünü gəlir səviyyəsinin yüksək olduğu ölkələrdə daha kəskin göstərir. ÜST-dən olan doktor Con Bird qeyd edir ki, ahıllar barəsində stereotiplər çox geniş yayılıb, lakin bir çoxları hətta bu haqda düşünmürlər.

"Bu gün irqi və ya cinsi mənsubiyyətinə görə ayrı-seçkilik qəbuledilməzdir, yaşla bağlı isə bu, norma sayılır. İnsanlar bunu artıq başa düşməyə başlayırlar, lakin sonadək problemin miqyasını anlamırlar", - deyə o əlavə edib.

Yaşlılara qarşı laqeyd münasibət ruhunda tərbiyə görmüş yaşlı nəslin nümayəndələri özləri də bəzən "öz üzərilərinədən xətt çəkmiş olurlar". Belə ki, tədqiqat zamanı məlum olub ki, belə insanlar xəstəliklərlə daha pis mübarizə aparırlar və yaşlanmaya nikbinliklə yanaşanlara nisbətdə orta hesabla 7,5 il az yaşayırlar.

Proqnozlara görə, 2025-ci ilə qədər "60 yaşı olanlar"ın sayı iki dəfə artacaq və əsrin ortalarınadək 2 milyard nəfərə çatacaq. Bu faktlar sağlamlıq və məhsuldar yaşlanma işlərinin düzgün qurulduğunu təsdiq edir. Yaşlanma problemlərinə diqqət çəkmək məqsədi ilə hər il BMT-də 1 Oktyabr tarixi Beynəlxalq Yaşlılar Günü kimi qeyd olunur.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol