• $
  • €
  • ₽
  • ₺
  • £

"Hər axşam qabları özüm yuyuram" - Bill Qeyts

"Hər axşam qabları özüm yuyuram" - Bill Qeyts
24.10.2016 13:55
"Microsoft" şirkətinin təsisiçisi, milyarder Bill Qeyts dünyanın ən zəngin adamı olsa da, hər gün axşam evdə şam yeməyindən sonra qabları özü yumağı sevir.

ANN.Az azvision.az-a istinadən bildirir ki, CNBC şirkətinin müxbiri Markeruit Vardın yazdığına görə, Bill Qeyts bunu özü 2014-cü ildə Reddit internet saytında sualları cavalandırarkən deyib.

"Mən hər axşam qabları özüm yuyuram, başqaları da həvəs göstərir, amma mən bunu özüm istədiyim kimi etməyi xoşlayıram", - deyə Qeyts cavab verib.

Bill Qeytsin buna vaxt ayıra bilməsi çoxlarına inanılmaz görünə bilər. Amma o, həqiqətən də, buna nəinki vaxt tapa bilir, həm də bunu xeyirli bir iş olaraq görür. Kimsə bunu dünyanın ən zəngin adamının qəribə bir istəyi kimi izah edə bilər. Amma, əslində, Qeytsin bu həvəsinin faydalı tərəfləri elmdə də öz təsdiqini tapır.

Alimlərin apardığı tədqiqatların nəticələri göstərir ki, qab yumaq stress səviyyəsinin azaldılması və hətta yaradıcılıq qabiliyyətlərinin artmasına kömək edə bilər.

İlk baxışda bəziləri bununla razılaşmaya bilər, çünki, əslində, əksər insanlar qab yumağı bir mükəlləfiyyət olaraq görür. Amma burada əsas məsələ işə münasibətdən gedir.

Sahibkarlıq, kiçik biznes və maliyyə xəbərlərini işıqlandıran jurnalist Vard məqaləsində Amerikanın iki universitetində keçirilmiş təcrübələri qeyd edib.

Florida Universitetində aparılan tədqiqatın nəticələrinə görə, qabları yuyan zaman nəfəs almaq, əşyalara toxunmaq, iyləri hiss etmək və görülən vəzifəni şüurlu şəkildə yerinə yetirərkən tələbələrdə stress səviyyəsinin azalması, diqqətin isə artması müşahidə edilib.

Alimlərin apardığı tədqiqatların nəticələri göstərir ki, qab yumaq stress səviyyəsinin azaldılması və hətta yaradıcılıq qabiliyyətlərinin artmasına kömək edə bilər
Təcrübədə 51 nəfər tələbədən ibarət qrup iştirak edib. Alimlər belə bir qənaətə gəlib ki, bu kimi başqa məşğuliyyətlər zamanı da stressin səviyyəsinin azalması və ümumi fiziki durumun yaxşılaşmasına nail olmaq olar.

Suyun temperaturu və yaxud da sabunun ətrinə diqqət yetirib hiss etmək beyni stimullaşdırır.

Tədqiqatın müəllifi olan Florida Universitetinin doktorantı Adam Hanli deyib ki, o, təcrübə zamanı "xüsusilə də bu adi gündəlik işlərdən zehni inkişaf və beləliklə də ümumi sağlamlığın yaxşılaşdırılması üçün necə istifadə edilə bilməsi" məsələsinə diqqət verib.

Buna oxşar təcrübə Kaliforniya universitetində də aparılıb. Təcrübənin nəticələri göstərib ki, mürəkkəb tapşırıqlardan fərqli olaraq bəsit tapşırıqlar yerinə yetirilərkən bu, problemlərin həllinə daha yaradıcı yanaşma tərzinin formalaşmasına kömək edir.

Alimlər hələlik ilham mənbəyinin potensialının elmi şəkildə tədqiq edilmədiyini bildirir. Lakin adətən ən yaxşı fikirlərin iş masası arxasında deyil, əslində, duş qəbul edəndə, ya da idman edəndə yarandığı deyilir.

Bill Qeytsin hər axşam qab yumaq vəzifəsini öz üzərinə götürməsini də yəqin ki bununla izah etmək olar. Əsas bu işə beynin dincəlib yeni gözəl fikirlər gətirə biləcəyi bir məşğuliyyət kimi baxmaqdır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol