• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə daha 10 min nəfər işdən çıxarıldı

Türkiyədə daha 10 min nəfər işdən çıxarıldı
30.10.2016 13:50
Türkiyə Silahlı Qüvvələrindən uzaqlaşdırılmış iki general vəzifələrinə bərpa ediliblər.

Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində terror təşkilatlarına üzv, mənsub olmaqda, yaxud terror fəaliyyətində iştirakda şübhəli sayılan 10 min 159 nəfər dövlət qurumlarından xaric edilib.
 
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qərara əsasən Türkiyə Böyük Millət Məclisindən 32 nəfər, Dini İşlər Nazirliyindən 249 nəfər, Ədliyyə Nazirliyindən 2 min 534 nəfər, Təhsil Nazirliyindən 2 min 219 nəfər, Səhiyyə Nazirliyindən 2 min 774 nəfər, universitetlərdən isə 277 nəfər işdən çıxarılıb.

Xaric edilənlər arasında sabiq baş nazir Əhməd Davudoğlunun xarici işlər naziri olduğu dönəmdə xüsusi məsləhətçisi olmuş səfir Əhməd Tuta və sabiq Qüds səfiri Mustafa Sarnıç da yer alıb.
 
Türkiyə Silahlı Qüvvələrindən 101 hərbçi xaric olunub. Bu arada Türkiyə Silahlı Qüvvələrindən bundan əvvəl vəzifəsindən uzaqlaşdırılmış 2-i general olmaqla 39 hərbçi vəzifələrinə bərpa ediliblər. Vəzifələrinə bərpa edilən generallar Bekir Sıtkı Cebeci və Melih Hamdi Ünaldır.  Türkiyə parlamentində 3 nəfər, Təbii Fəlakət və Fövqəladə Vəziyyət İdarəetməsi Nazirliyində 1 nəfər, Təhsil Nazirliyində 31 nəfər də vəzifələrinə qaytarılıblar. 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol